Search
2ee59cb4b7f102cb7a1682aa9c0707ce

Prezident: “Azərbayanda dərman preparatlarının istehsalı üçün ciddi proqram hazırlanır”

“Bir sahə var ki, Azərbaycanda heç inkişaf etməyib. Həm özəl sektor maraq göstərməyib, həm də dövlət bu sahəni bir qədər diqqətdən kənarda saxlayıb. Söhbət dərman preparatlarının istehsalından gedir”.

Bunu dünən Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Ölkə başçısı qeyd edib ki, Azərbaycan bu sahədə tamamilə idxaldan asılı vəziyyətdədir.

Dövlət başçısı əlavə edib ki, görülmüş tədbirlər nəticəsində dərman preparatlarının qiymətində ciddi azalma müşahidə olunur, eyni zamanda keyfiyyətə də ciddi nəzarət olunur.

“İndi vaxt çatıb ki, Azərbaycanda dərman preparatlarının istehsalı başlanılsın. Müvafiq göstərişlər verilib. Bir neçə xarici şirkətlə danışıqlar aparılır. Bu sahəyə böyük maraq var. Azərbaycan bazarı kifayət qədər böyükdür. Buna görə, xarici firmalar böyük maraq göstərir və biz bundan istifadə etməliyik. Hazırda dərman preparatlarının istehsalı üçün ciddi proqram hazırlanır. Hesab edirəm ki, bu il fabriklərin tikintisinə başlamalıyıq”, – deyə prezident bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir