Search
f17b245ce5f69daa58d34f7464d19f05_XL

“PAŞA Həyat” 7 ayın nəticələrini açıqladı

Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2016-cı ilin yanvar-iyul ayları üzrə ilkin hesabatını açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında “PAŞA Həyat” tərəfindən 49 milyon 580 min manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 38% çox olub.

Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən 13 milyon 567 min. manat sığorta ödənişi verilib. Nəticə etibarı ilə sığorta ödənişlərinin həcmi ötən ilin yanvar-iyul ayları müqayisədə təxminən iki dəfə artıb.

Bununla yanaşı cari ilin avqust ayının 1-nə şirkətin ümumi aktivlərinin həcmi 156 milyon 852 min manat, məcmu kapitalı 47 milyon 373 min manat, o cümlədən nizamnamə kapitalı 40 milyon 250 min manat təşkil edib.

Qeyd edək ki, məcmu aktivlərinin həcminə görə “PAŞA Həyat” Azərbycanın ən iri sığorta şirkətidir.

Xatırladaq ki, “PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir