Search

“PAŞA Bank”ın xalis gəliri 2 dəfədən çox artıb

2014-cü ilin Mart ayının 1-nə “PAŞA Bank” ASC-nin aktivlərinin həcmi 940,55 milyon manata çatmışdır.

Bankdan “Marja”ya daxil olmuş məlumata görə, ilin əvvəlindən aktivlər 243,16 milyon manat və ya 34,9% artıb. Bankın aktivləri ötən ilin anoloji dövrü ilə müqayisədə isə 184,80 milyon manat və ya 24,5% çoxdur.

Ötən iki ayda “PAŞA Bank”ın kredit portfeli 10,85 milyon manat və ya 3,2% artaraq 354,75 milyon manata, investisiya portfeli isə 87,57 milyon manat və ya 43,8% artaraq 287,65 milyon manata çatmışdır.

2014-cü ilin fevral ayında “PAŞA Bank”ın cəmi gəlirləri 7,3 milyon manat təşkil edib ki, bu da ötən ilin fevarlı ilə müqayisədə təxminən 2 milyon manat və ya 37,7% çoxdur. Ötən ay Bankın xalis gəliri isə 5,98 milyon manat təşkil edib. Bu da cari ilin yanvar ayı ilə müqayisədə 2,1 dəfə, ötən ilin fevralı ilə müqayisədə isə 2,6 dəfə çoxdur.

“PAŞA Bank”ın iki ayda xalis gəliri 8,80 milyon manat təşkil edib.

İlin əvvəlindən başlayaraq “PAŞA Bank”ın müştəri hesablarında vəsaitlər (depozit portfeli) kəskin artmağa başlayıb. Təkcə iki ayda müştəri hesabları üzrə vəsaitlər 266,12 milyon manat artaraq 533,66 milyon manata yüksəlmişdir. Bankda müştəri hesablarında vəsaitlərin artmasına tələbli vəsitlərin artması təsir göstərmişdir. Belə ki, iki ayda Bankda müddətli vəsaitlər 23,08 milyon manat azalaraq 125,08 milyon manata geriləmiş, tələbli vəsaitlər isə 289,2 milyon manat artaraq 408,57 milyon manata çıxmışdır.

Fevral ayında “PAŞA Bank”da kapitalın gəlirliyi 18%, aktivlərin gəlirliyi 5%, likvidlik əmasalı 117%, kreditlərin müştəri hesablarına nisbəti 66%, qeyri işlək kreditlər üzrə əmsal 15% təşkil etmişdir.

Mənbə: marja.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir