Search
global-finance-award-pasha-bank

PAŞA Bank “Azərbaycanın ən yaxşı bankı 2016” mükafatı ilə təltif olunub

Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının İdarəedicilər Şurasının Vaşinqtonda illik iclası zamanı GlobalFinance işgüzar nəşrinin təsis etdiyi beynəlxalq “World’sBest Banks” mükafatı laureatlarının təntənəli mükafatlandırma mərasimikeçirilmişdir. WellsFargo, Akbank, Raiffeisen Bank və s. bu kimi beynəlxalq maliyyə institutları ilə yanaşı, əsas əməliyyat ölkəsində ən yaxşı bank adına Azərbaycanın ən iri banklarında biri –  PAŞA Bank layiq görülmüşdür.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, bu nüfuzlu mükafata layiq görülmək beynəlxalq ekspertlər tərəfindən Bankın nailiyyətlərinin növbəti təsdiqidir.

T.Kazımov çıxışını bu sözlərlə yekunlaşdırıb: “Fəaliyyəti dövründə PAŞA Bank ən yaxşı dünya təcrübələrinə əsaslanmışdır və bu hələ də davam edir. Nəticədə isə Bank hal-hazırda Azərbaycan, Gürcüstan və Türkiyədə öz müştərilərinə ən yüksək səviyyədə geniş xidmətlər spektrini təqdim edir. Bazar şəraitinin dəyişməsinə baxmayaraq, 2016-cı ildə biz həm kredit portfelinin keyfiyyətini yüksək səviyyədə təmin edir, həm də biznesin həcmlərini artırırıq. Bütün bunlar maliyyə institutu kimi həm yerli, həm də beynəlxalq səviyyədə bizə olan etimadınartmasından xəbər verir. Bununla əlaqədar olaraq, müştərilərimizi bu uğur münasibətilə təbrik etmək və Bankın əməkdaşlarına gündəlik fəaliyyətlərində yüksək peşəkarlıq nümayiş etdirdiklərinəgörə minnətdarlığımı bildirmək istəyirəm”.

Qeyd edək ki, GlobalFinance jurnalı 1987-ci ildən dərc olunur və 180 ölkədə yayılır. Jurnalın redaksiyası dünyada baş verən ən mühüm maliyyə hadisələrini təhlil edir, habelə Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Afrika və s. bu kimi regionlarda bank tədqiqatları aparır.

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri.Baş ofis və6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 450çox əməkdaş çalışır.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqiolan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir