Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurası lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsinə icazə verilib. Bu barədə Palatadan bildirilib.
“Direktorlar Şurasının iclası zamanı həmçinin lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) transformasiyası və müvafiq fəaliyyət planı müzakirə olunmuş və bankın BOKT-yə çevrilməsinə dair razılıq verilmişdir”,- Palatanın məlumatında deyilir.