Search
fb2752a51088a842b2e08f3ba9db1d93_XL

“Parabank”dan “Nikoil Bank”a transfer

“Nikoil Bank” ASC-nin Problemli aktivlərin idarə edilməsi Departamentinə yeni direktor təyin edilib. Bu vəzifəyə Cəlal Nağıyev gətirilib.

C.Nağıyev indiyə qədər hazırda ləğvetmə prosesində olan “Parabank” ASC-nin baş icraçı direktoru işləyib. Son vaxtadək vakant olan bu vəzifədə əvvəllər Elşən Babayev çalışıb.

Xatırladaq ki, “Nikoil Bank” ASC 1994-cü ildən fəaliyyət göstərən “Ülpər” kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Bankın səhmlərin 56,4%-i “Topaz İnvestments” QSC-yə, 42,6%-i “Nikoil” QSC-yə, 1%-i isə “ISR Holding” MMC-yə məxsusdur.

Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir