423501

Palata manat kreditləriylə bağlı qərar verib

Maliyyə Bazarlarına Nəzarət Palatasının sağlam kreditləşmə və məsuliyyətli borclanmanın təşviqi məqsədi ilə növbəti qərarını verib. Milli valyutada istehlak kreditlərinin verilməsi borcalanların borc yükünün izafi artmasının məhdudlaşdırılması əsasında aparılacaqdır. Bu məqsədlə borcalanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsallarının daxil edilməsi nəzərdə tutulur. Yəni veriləcək kredit kredit götürənin gəlirinin və girovunun müyyən hissəsi qədər olacaq. Qəbul edilmiş qərar 6 may 2016-cı il tarixindən qüvvəyə minir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir