Search
ipo

Özəl Proqram

Dövlət ipoteka proqramı ilə yanaşı özəl banklar da öz müştərilərinə bank vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalanmağı təklif edirlər. Özəl ipoteka kreditinin rəsmiləşdirilməsi prosesi dövlət proqramı çərçivəsində verilən kreditindən demək olar ki fərqlənmir. Lakin bu iki növ İpoteka kreditlərin şərtlərində kifayət qədər çox fərq var. Məsələn, özəl ipoteka kreditinin məbləğ limiti dövlət ipotekasından üstün ola bilər və təbii ki, bu müsbət bir özəllikdir. Lakin, eyni zamanda özəl ipoteka kreditinin müddəti dövlət kreditindən qat-qat az olur, bu da kredit alıcı və ödəyici üçün aylıq ödəniş məbləğinin yüksək olması baxımından mənfi cəhətdir. Bundan savayı bir sıra fərqlilik və özəlliklər var,misal üçün hər bir bankın daxili qaydaları, kredit siyasəti və prosedurlar vasitəsilə tənzimlənən mexanizmlər.
Saytımızın bu bölməsində Sizə hal-hazırda mövcud olan Özəl İpoteka Proqramları haqqında ümumi cədvəli təqdim edirik. Daha ətraflı məlumat üçün müvafiq bankın mütəxəssislərinə müraciət etməyinizi tövsiyyə edirik.

Bank Maks. Məbləğ Müddət İlkin ödəniş % % dərəcəsi Komissiya
Bank Standard 200000 300 30 12 2.00
ASB Bank 70000 60 30 15 2.50
AccessBank 100000 120 20 12 – 20 2.00
Beynəlxalq Bank 30000 60 30 15 0.50
Bank Respublika 250000 120 30 12 – 15 0.70
Dəmirbank 200000 60 35 18 2.00
Yapı Kredi Bank limitsiz 60 20 17 – 24 n/a
TBC Kredit limitsiz 120 30 14 1.50



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir