Search
opec

OPEC ölkələrinin razılaşma şərti

Reuters-in əldə etdiyi yeni razılaşma layihəsində, bütün OPEC ölkələrinin hasilatın dondurulmasına qatılması şərti qoyulur.

Reutersə məlumat verən mənbəyə görə, layihəyə, bütün OPEC üzvlərinin müqavilənin tərəfi olması lazım olduğuna dair bir sətir əlavə olunub.

NÖVBƏTİ İCLAS OKTYABRIN 20-DƏ 

OPEC üzvləri və OPEC-ə daxil olmayan neft istehsalçısı ölkələrin növbəti toplantısının 20 Oktyabrda Rusiyada keçiriləcəyi bildirilir.

Danışıqlar haqqında məlumata malik bir mənbə, Dohada istehsalın dondurulması üçün qərar vermək üçün toplanan neft istehsalçılarının, növbəti iclasının tarixi barədə qərar vermək üzrə olduqlarını deyib.

Dünya neft hasilatının yarısını təmin edən ən azı 16 ölkə, Qətərin paytaxtı Dohada, neft bazarında sabitlik yaratmaq üçün, istehsalın dondurulmasını müzakirə edirlər.

İclas öncəsi, Səudiyyə Ərəbistanının ikinci vəliəhd şahzadəsi, İranın razılaşmaya qatılmaması vəziyyətində ölkəsinin istehsalı dondurmayacağını açıqlamışdı. İran toplantıda iştirak etməmək qərarı verib.

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman, “Əgər mühüm istehsalçıların hamısı istehsalı dondurmasa, biz də donmayacağıq və əlimizə keçən hər fürsətdə satış edəcəyik”, – deyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir