Search
photo_81443

OPEC-in Vyana görüşü neftin ucuzlaşmasına səbəb olub

OPEK-in neft bazarının stabilləşdirilməsi tədbirləri, eləcə də, kartelin neft hasilatı həcmlərinin azaldılması mümkünlüyü üzrə hazırda Vyanada keçirilən texniki danışıqları İraq və İranın sərgilədiyi mövqe səbəbindən “dalana dirənib”.
Məlumata görə, İraq və İran OPEK-in onların hasilat səviyyələrini düzgün qiymətləndirmədiyini və öz hasilatlarını dondurmaq ilə razılaşmadıqlarını bəyan ediblər.
11 saatdan çox davam edən görüşdə Rusiya OPEC təşkilatına neft hasilatını azaltmayacağını bildirib.
 Rusiya gözlənilən qlobal neft anlaşması çərçivəsində ancaq neft hasilatını donduracağını açıqlayıb.
“Reuters”ə yaxın mənbələrin verdiyi məlumata görə, oktyabrın 23-də Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı da daxil olmaqla OPEC ölkələri rəsmiləri ilə Rusiya tərəfinin qapalı görüşündə hasilatın mümkün 4% azaldılması müzakirə olunub. Bu təklifin həmçinin bu gün və sabah Avstriyanın paytaxtı Vyanada keçirilən neft hasilatçısı ölkələrin ekspert komissiyasının iclasında müzakirə olunacağı gözlənilir.
İkigünlük Vyana iclasında İraqın hasilatın həcminin dondurulması və ya azaldılması anlaşmasına qatılmaq istəməməsinin qəbul edilməyəcəyi, ancaq Liviya, Nigeriya və İranın istisna hal kimi anlaşmadan kənar qalmasına imkan veriləcəyi bildirilib.
Qeyd edək ki, dünya bazarında neft yenidən ucuzlaşıb. Neftin ucuzlaşmasına OPEC ölkələrinin neftin hasilatının dondurulması barədə qərara gələ bilməyəcəyi barədə ehtimalların artması səbəb olub.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir