Search
753157_485264

Ollandın sözü Britaniya funtunu sarsıtdı

Oktyabrın 7-si Böyük Britaniya funt sterlinqi ABŞ dollarına nisbətdə 6,7% ucuzlaşıb.
Bu barədə ” The Wall Street Journal” yazıb.
Məlumatda bildirilir ki, buna səbəb Fransa prezidenti Fransua Ollandın “Brexit”lə bağlı sərt çıxışı olub. Onun sözlərinə görə, Brussel Britaniyaya “Brext” məsələsində zərrə qədər də güzəştə getməməlidir.
Həmçinin məlumatda bildirilir ki, hazırda funt sterlinq itirmiş mövqelərini bir qədər bərpa edərək 1,24 dollar təşkil edib.
Qeyd edək ki, son bir ayda Britaniya valyutası dollara nisbətdə təxminən 4,2% ucuzlaşıb.
FaktXəbər



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir