Search
978988_481362

Ölkələr turistlərdən nə qədər qazanırlar? – FOTO-SİYAHI

Dünya İqtisadi Forumunun göstəricilərinə görə, dünyanın ən çox turist cəlb edən ölkələrini və turizm gəlirlərini təqdim edirik. Ölkələrin turizm gəlirləri gələn turist sayı ilə düz mütənasib deyil.
– Meksika dünyada ən çox turist cəlb edən 10-cu ölkə olmasına baxmayaraq, turizm gəlirləri baxımından dünya sıralamasında ilk 10-luqda deyil.
– Rusiya dünyanın ən çox turist cəlb edən 9-cu ölkəsidir. 2014-cü ilin məlumatlarına görə, Rusiyaya gedən turist sayı 29.8 milyon nəfərdir. Rusiya dünyada ən çox turist cəlb edən 9-cu ölkə olmasına baxmayaraq, turizm gəlirləri baxımından dünya sıralamasında ilk 10-luqda belə deyil.
– Birləşmiş Krallıq dünyanın ən çox turist cəlb edən 8-ci ölkəsidir. 2014-cü ilin məlumatlarına görə, Birləşmiş Krallığa gedən turist sayı 32.6 milyon nəfərdir. Birləşmiş Krallıq dünyada ən çox turist cəlb edən 8-ci ölkə olmasına baxmayaraq, turizm gəlirləri baxımından 7-ci yerdədir. 2014-cü ilin məlumatlarına görə Birləşmiş Krallıq turizmdən 45.3 milyon dollar gəlir əldə edib.
– Almaniya dünyanın ən çox turist cəlb edən 7-ci ölkəsidir. 2014-cü ilin məlumatlarına görə Almaniyaya gedən turist sayı 33 milyon nəfərdir. Almaniya dünyanın ən çox turist cəlb edən 7-ci ölkəsi olmasına baxmayaraq, turizm gəlirləri baxımından 8-ci yerdədir. 2014-cü ilin məlumatlarına görə Almaniyanın turizm gəliri 43.3 milyon dollardır.
– Türkiyə dünyanın ən çox turist cəlb edən 6-cı ölkəsidir. 2014-cü ilin məlumatlarına görə Türkiyəyə gedən turist sayı 39.8 milyon nəfərdir. Türkiyə dünyanın ən çox turist cəlb edən 6-cı ölkə olmasına baxmayaraq, turizm gəlirləri baxımından ilk 10-luqda deyil.
– İtaliya dünyanın ən çox turist cəlb edən 5-ci ölkəsidir. 2014-cü ilin məlumatlarına görə İtaliyaya gedən turist sayı 48.6 milyon nəfərdir. İtaliya dünyanın ən çox turist cəlb edən 5-ci ölkəsi olmasına baxmayaraq, turizm gəlirləri baxımından 6-cı yerdədir. 2014-cü ilin məlumatlarına görə, İtaliyanın turizm gəliri 45.5 milyon dollardır.
– Çin dünyanın ən çox turist cəlb edən 4-cü ölkəsidir. 2014-cü ilin məlumatlarına görə Çinə gedən turist sayı 55.6 milyon nəfərdir. Çin dünyanın ən çox turist cəlb edən 4-cü ölkəsi olmasına baxmayaraq, turizm gəlirləri baxımından 3-cü yerdədir. 2004-ci ildə Çinin turizm gəliri 56.9 milyon dollar olub.
– İspaniya dünyanın ən çox turist cəlb edən 3-cü ölkəsidir. 2014-cü ilin məlumatlarına görə İspaniyaya gedən turist sayı 65 milyon nəfərdir. İspaniya dünyanın ən çox turist cəlb edən 3-cü ölkəsi olmasına baxmayaraq, turizm gəlirləri baxımından 2-ci yerdədir. 2014-cü ilin məlumatlarına görə, İspaniyanın turizm gəliri 65.2 milyon dollardır.
– Amerika Birləşmiş Ştatları dünyanın ən çox turist cəlb edən 2-ci ölkəsidir. 2014-cü ilin məlumatlarına görə ABŞ-a gedən turist sayı 74.8 milyon nəfərdir. ABŞ dünyanın ən çox turist cəlb edən 2-ci ölkəsi olmasına baxmayaraq, turizm gəlirləri baxımından ən yaxın rəqibini 2 dəfədən artıq geridə qoyub. 2014-cü ildə ABŞ-ın turizm gəliri 177.2 milyon dollar olub.
– Dünyanın ən çox turist cəlb edən ölkəsi Fransadır. 2014-cü ilin məlumatlarına görə Fransaya gedən turist sayı 83.7 milyon nəfərdir. Dünyanın ən çox turist cəlb edən ölkəsi olan Fransa turizm gəlirləri baxımından o qədər də yaxşı vəziyyətdə deyil. 2014-cü ilin məlumatlarına görə, Fransa turizmdən 55.4 milyard dollar qazanıb. Bu da Fransa turizm gəlirləri baxımından dünyada 3-cü sıraya yerləşdirib.
FaktXəbər



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir