Search
photo_35001

Obamanın “Ağ Ev” dən sonrakı iqamətgahı – FOTOLAR

ABŞ-ın dövlət başçısı Barak Obamanın prezident postundan gedəndən sonra yaşayacağı ev bəlli olub.
Amerika mətbuatının yaydığı məlumata görə, Obama Kaloramada yerlşən evi 4,3 milyon dollara kirayələyib.
Məlumatda qeyd edilir ki, Barak Obama bu evi ABŞ-ın sabiq prezidenti Bill Klintonun mətbuat katibi olmuş Joe Lockhartdan alıb.
Mişel Obama qeyd edib ki,  onlar br müddət övladlarının təhsilinə görə Vaşinqtonda qalmalı olacaqlar.  Ev sonuncu dəfə 2014-cü ildə 5 milyon 295 min dollara satılıb.
1928-ci ildə inşa edilən evin sahəsi 8200 kvadrat metrdir və  9 yataq, 1 geniş iş otağı və 8 hamamdan ibarətdir. İş otağı evin ən yuxarı mərtəbəsində yerləşir.
Evin görüntülərini təqdim edirik.
05252016-obama-house3
05252016-obama-house2
05252016-obama-house4
Mənbə: “Eurasia Diary”



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir