Search
IMG_3625

Niderland şirkətlərinin Azərbaycandakı fəaliyyəti müzakirə olunub

İqtisadiyyat naziri Şahin Mustafayev Niderland Krallığının Azərbaycanda yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Onno Kerversi qəbul edib.

Azərbaycan-Niderland iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu vurğulamış, Niderlandla kənd təsərrüfatı, sənaye, nəqliyyat, ekologiya, təhsil və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırmışdır. Nazir Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, quşçuluq, gülçülük və tərəvəzçiliyin inkişafında Niderlandın təcrübəsindən istifadə etmək olar. Bildirilmişdir ki, Niderland şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 330 mln. manat investisiya yatırılıb. Hazırda bu ölkənin şirkətləri Azərbaycanda dib dərinləşdirmə, göllərin bərpası, suyun təmizlənməsi və s. layihələrdə uğurla fəaliyyət göstərir. Bununla yanaşı, iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün sənaye parklarında və zonalarında əlverişli şərait yaradılmışdır və Niderland şırkətləri bu imkanlardan yararlana bilərlər.

Niderland Krallığının Azərbaycandakı Səfiri Onno Kerversi ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu, səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsinə dəstək göstərəcəyini vurğulamışdır. Səfir Onno Kervers Niderland şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə maraq göstərdiyini qeyd etmiş, görüşdə səsləndirilən təkliflərin potensial investorlara çatdırılacağını bildirmişdir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir