Search
brace_yourselves_for_life_after_oil

Neftin tükənməsinə az qalıb: bəs nə etmək lazımdır?

Dünya siyasəti və iqtisadiyyatı neft gəlirləri və neft ehtiyatları üzərində qurulub. Nefti çox olan ölkələr qara qızıldan gələn gəlirlərlə dünyanı idarə edir, istədiyi siyasi manevrləri etmə azadlığı hiss edirlər. Nefti bol olan, lakin bunu öz sərvətinə çevirməyi bacarmayan ölkələr isə işğal edilir və ya qaynar nöqtələrə çevrilirlər. Bəli, bu hamısı böyük gəlirləri ilə dünyanı idarə edən qara qızılın üstündədir. Bəs dünyada neft tükəndiyində necə olacaq.
Tükənən sərvət hesab olun neft, bir çox araşdırmalara görə məhz 21-ci əsrdə bitəcək. Bu isə dünyadakı neft dövranının tamamilə dəyişəcəyi və hər şeyin yenidən dəyərləndirilməsinin olacağı deməkdir.

Gəlin bu radikal dəyişikliklərə səbəb olacaq tükətimin nə zaman baş verəcəyini və hansı nəticələri ola biləcəyinə baxaq.

Neft nə zaman bitəcək?
oil-011

Hal-hazırda əldə olan məlumatlara görə, gündəlik  85 milyon barrel neft tükədilir. Həm də bu kəmiyyət hər il durmadan artmaqdadır. 1996-cı ilin rəqəmlərinə əsasən, kömürün 235 il, neftin 43 il, təbii qazın isə 66 il sonra bitəcəyi iddia edilir. Bu tarixləri dəyişən isə yeni kəşf edilən rezervlər, texnologiya və maliyyədir.

Dünyanın enerji tükətmə sürəti təbii yanacaqların yaranması sürətinin 300 min qatı qədərdir. Başqa sözlə, bir gündə yüz min illik yanacaq istahsalı tükədilir.

Ölkələrə görə neft xəritəsi54b81447eb400f1c29b69979

Bu qrafikdə neft ehtiyatlarına dair məlumatları görmək mümkündür. Dünyadakı ümumi neft ehtiyatının 19 faizi Səudiyyə Ərəbistanındadır. İkinci yerdə Venesuela 15 faiz göstərici ilə yer alır. 9,9 % göstərici ilə üçüncü yerdə isə İrandır. Bu qrafik  yeni yataqların kəşf edilməsi və ya mövcud yataqların sürətli tükədilməsi ilə dəyişkən ola bilir.

Alternativ və yenilənə bilən enerjiyə ehtiyac var. wind-energy

Neftin və digər yanacaq ehtiyatlarının tükənməsi yer üzünə sarsıdıcı böhran yaratmaması üçün alternativ, yenilənə bilən enerji alınması yollarının inkişaf etdirilməsi vacib məsələyə çevrilmişdir. 40 il sonra neft ehtiyatlarının, 200 il sonra isə kömür ehtiyatların bitəcəyi ehtimalını düşünsək, bu məsələ daha da əhəmiyyətli olmağa başlayır. Yenilənə bilən enerjiyə külək, günəş, su enerjisi, dəniz dalğalarının gücü, getometrik enerji və digərləri daxildir. Alternativ enerjinin əsas müsbətləri ondan ibarətdir ki, bu enerjinin bir çox növü ekoloji zərərsiz, tükənməyən və etibarlıdır. 

Günəş enerjisinin gücü çox şey vəd edir.On 140 acres of unused land on Nellis Air Force Base, Nev., 70,000 solar panels are part of a solar photovoltaic array that will generate 15 megawatts of solar power for the base. (U.S. Air Force photo/Airman 1st Class Nadine Y. Barclay)

Alternativ enerji növlərinə edilən investisiyalarda ən çox pay günəş enerjisinə düşür. Belə ki, 2013-cü ildə 268 milyard dollar, 2014-cü ildə isə 310 milyard dollarlıq investisiya eilən günəş enerjisi,2015-ci ildə də diqqəti öz üzərinə çəkməyi bacarır.
Günəş enerjisinin istifadə miqyası da genişdir. Avropada günəş enerjisi ilə işləyən avtobuslar istifadəyə verilib. İşıqlandırma sahəsində də tədricən bu enerjidən yararlanmağa başlayıblar. Yavaş-yavaş daha geniş sahələrə yayılacağı da artıq hər kəsə aydındır.
Elektrik enerjisi dünyanı dəyişdirə bilər.bg_powerlines 

Elektrik enerjisi nefti əvəz etməsi üçün irəli sürülən ən əhəmiyyətli seçimlərdən biridir. Gələcəkdə bu enerji növünün dünyada birinci olacağı düşünülür. Bunun bəzi əlamətlərini biz indi də görə bilərik. Hibrid texnologiyası ilə işləyən avtomobillər get-gedə artmaqdadır. Avropada və Amerikada hibrid avtomobillər üçün enerji doldurma məntəqələri fəaliyyət göstərir və onların sayı günü-gündən də artmaqdadır.

Bu enerjinin mənfi tərəfi ondan ibarətdir ki, gələcəkdə dünya yenə də hansısa bir yanacaq növündən asılı qala bilər. Çünki 15-20 il sonra neftə alternativ ola biləcək bu enerji növünün xərcləri standart istifadə üçün normal olsa da, bütün avtomobillər onunla işləməyə başladıqda istehsal xərcləri ciddi sürətdə arta bilər.

Külək enerjisinə lazımi diqqət ayrılmamaqdadır. wind-energy-green-sustainable-power-natural-hd-315808

Külək enerjisi alternativ enerjiler arasında ən təmiz olması, dərhal istifadə edilə bilməsi və turşulu yağışlara səbəb olmaması baxımından olduqca əhəmiyyətlidir. Bundan əlavə, istifadəyə verilmə müddətindən istehsal müddətinə keçid dövrü də sürətlidir. Hal-hazırda külək enerjisi sahəsində 400 min insan işləyir, gələcəkdə isə bu rəqəmin 1 milyon olacağı ehtimal edilir.

Bu enerjinin alınmasında problem yaradacaq məsələlər külək sürətinin dəyişkənliyi, qurulmasında xərclərin yüksək olması hesab edilir. Lakin bunlara baxmayaraq, bu enerji sahəsində də irəliləyişlər görməkdəyik.

Ən yüksək qazanc və ən böyük təhlükə – Nüvə enerjisi 622407-nuclear

50-ci illərdə Nüvə enerjisi gələcəyi dəyişdirəcək bir güc hesab edilirdi. Çünki bu cür güc bütün enerji sektorunu kökündən dəyişdirə bilərdi. Təmiz, istifadəyə uyğun, etibarlı enerji növü olaraq bazara çıxarılan nüvə enerjisinin nə qədər riskli olduğunun bəlli olmadığı zamanlarda, hətta bu enerji ilə işləyəcək maşınlar da istehsal edilməyə başlamışdı. Lakin baş verən fəlakətlər bunun tam əksini sübut etməyə kifayət oldu. Bu cür hadisələrdən sonra bir çox ölkə nüvə enerjisinin istehsalından imtina etməyə başladı.

Təbii sərvətlərlə bol olan ölkəmizin neft, qaz, kömür ehtiyatları da sonsuz deyil. Azərbaycanda da zərərsiz alternativ enerji istehsalının artırılması vacib məsələlərdən biridir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir