Search
182374668

Neftin qiyməti 250 dollara yüksələ bilər

Dünya bazarında neftin qiyməti 2040-cı ilə qədər 250 dollar/barelə kimi yüksələ bilər. Agentliyin ABŞ-ın Energetika Nazirliyi nəzdində fəaliyyət göstərən İnformasiyaların idarə olunması Adminstrasiyasının hesabatına istinadən verdiyi xəbərə görə, üç əsas ssenari üzərində qiymətlə bağlı proqnozlar hazırlanıb.Ssenarilərdə OPEC təşkilatının mümkün qərarları, digər neft ölkələrinin potensialı və neftə tələbat nəzərə alınıb. Müsbət ssenaridə 2040-cı ilə qədər neft qiymətlərinin 252 dollar/barel, neqativ ssenaridə – 76 dollar/barel, real ssenaridə isə 141 dollar/barelə qədər yüksələcəyi ehtimal edilir.

ABŞ Energetika Nazirliyi 2040-cı ilə qədər neftə tələbatın 48% artacağını proqnozlaşdırır. Tələb əsasən inkişaf etməkdə olan Asiya ölkələri, Çin və Hindistan tərəfindən artmağa davam edəcək. Nazirlik 2040-cı ildə neftin dünya enerjisinin 30%-ni təmin edəcəyini (hazırda – 33%) qeyd edir. Bu müddətdə qazın dünya enerjisinin 26%-ni təmin edəcəyi və kömür enerjisini ötərək ikinci sırada yer alacağı qeyd olunur. Ən sürətlə artan enerji növü isə bərpa olunan enerji olacaq ki, o da yaxın 25 ildə qlobal enerji təminatının 16%-ni ödəyəcək.

Nazirlik 2016-cı il üçün neft qiymətləri ilə bağlı proqnozunu 5 dollar artıraraq 41 dollar/barelə, 2017-ci il üçün isə 10 dollar artıraraq 51 dollar/barelə yüksəldib.

Mənbə: Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir