“Gələn ilin dövlət büdcəsində Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlərin həcmi bu illə müqayisədə 1,5 milyard manat az, yəni 6,1 mlrd. manat təşkil edəcək”.
Bunu jurnalistlərə açıqlamasında ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov deyib.
O hesab edir ki, ARDNF-dən büdcəyə transfertlərin azalması olduqca müsbət haldır:
“Bu həm fiskal konsalidasiyaya imkan verir, həm makroiqtisadi sabitliyi təmin edir, həm də valyuta ehtiyatlarının qorunmasına imkan verir”.
bbn.az