Search
neft_cisto_123(1)

Neft ehtiyatlarının rekord həddə artması qiymətlərə təsir etdi

Bu gecə ABŞ-da həftəlik neft ehtiyatları göstəricisi açıqlanacaqdır. Neftbazalarda ehtiyatların artacağı və buna bağlı olaraq, neft ehtiyatlarının 80 ildən çox müddətin ən yüksək səviyyəsində qalacağı gözlənilir.

ABŞ-da Enerji İnformasiya İdarəsinin açıqlayacağı neft ehtiyatı göstəricisinin, Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, 3 milyon barel artması gözlənilir. Bu halda ehtiyatlar yeddinci həftə də artmış olacaqdır.

Bir əvvəlki həftə ehtiyatlar 8,8 milyon barelə yaxın artmışdı.

Bəzi analitiklər xam neft ehtiyatlarının artmasının qiymətlərin yüksəlməsinə imkan verməyəcəyini bildirirlər.

Neft bu il son 12 ilin ən aşağı səviyyəsini görməsinin ardından, ABŞ-da istehsalın aşağı düşməsi ilə əlaqədar olaraq yenidən yüksəlmişdi. Səudiyyə Ərəbistanı, Rusiya, Qətər və Venesuela digər istehsalçıların da qatılması hal;nda, istehsalı Yanvar ayı səviyyələrində dondurmaq məsələsində razılaşıblar.

Bakı vaxtı ilə saat 08:20-də Qərbi Texas nefti (WTI) Nymex birjasında 0,8% düşərək 39.17 dollara enib.
Brent nefti isə, Londonda ICE Futures Europe birjasında 1,1% düşərək 40.00 dollara geriləyib. Bu gecə Brent nefti 39,73 dolara qədər düşmüşdü.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir