Azərbaycan Milli İncəsənət Muzeyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aksiyaya başlayır.
Muzeyin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 3-də və 4-də hər kəs üçün muzeyə giriş 1 AZN olacaq.
Ziyarətçilər həmin günlərdə həm muzeyin zəngin stosianar ekspozisiyası, həm də “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı möhtəşəm sərgi ilə tanış ola biləcəklər.
Report