Search
_MG_3281

MÜHASİBLƏR FORUMU keçirilib

_B9W2905“Mühasib peşəsində şəffaflığın və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi”mövzusuna həsr olunmuş ilk Mühasiblər Forumu uğurla başa çatdı 

10 noyabr 2016-cı il tarixində Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının təşkilatçılığı ilə (ARPA: Accountants and Risk Professionals Association) “Holiday Inn Baku” otelində “MÜHASİBLƏR FORUMU– 2016” adlı tədbir həyatakeçirildi. İlk Mühasiblər Forumu “Mühasib peşəsində şəffaflığın və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi” mövzusuna həsr edilib.

İştirakçı qismində Foruma yerli və beynəlxalq audit və məsləhətçi şirkətləri,beynəlxalq maliyyə institutları,yerli dövlət qurumları və maliyyə təşkilatları, regional peşəkar mühasibatlıq təşkilatları, yerli və özəl şirkətlərin, həmçinin universitet və media nümayəndələri qatılmışdır._B9W2906

Forumu açan ARPA-nın Müşahidə Şurasının Sədri Rüfət Mahmud açılış nitqində iştirakçıları salamlayaraq ilkMühasiblər Forumun əhəmiyyətinindən və milli peşəkar mühasiblər təşkilatıkimi ARPA-nın fəaliyyəti haqqında danışdı. Eyni zamanda mühasib peşəsinin əhəmiyyətini və maliyyə idarəetməsində, biznesin inkişafında rolunu qeyd edərək, ARPA-nın bu sahədə nəzərdə tutulan işlərindən, perspektiv planlardan söhbət açarkən, Beynəlxalq Mühasiblər Təşkilatı (IFAC)-a üzv olmağın, öz peşəkar üzvləri üçün davamlı inkişaf proqramının (Continued Professional Development Programs) hazırlanacağını və beləliklə institusional potensialı yüksəltməyin nəzərdə tutulduğunu bildirdi._B9W2942

“Peşəkar Mühasib Sertifikasiyası” proqramı üzrə sertifikatlaşdırma ilə bağlı yenilikləri xüsusilə vurğulayaraq bu sertifikatların mühasiblərin karyerasında rolunu qeyd etdi. Çıxışını Milli Mühasiblər Təşkilatı kimi ARPA-da müxtəlif istiqamətlərdə işçi qrupların və ekspert şuralarının yaradıldığını və Forum iştirakçılarının da həm ARPA üzvü kimi, həm də müstəqil şəkildə bu qruplarda fəal iştirak etməklə ölkəmizdə bu sektorun inkişafına dəstək göstərməyə dəvət etdi._B9W2946

Forumun moderatoru ARPA-nın İcraçı direktoru Fərrux Əliyev Forum iştirakçılarını bir daha salamlayaraq, spikerləri iştirakçılara təqdim etdi və sözü Azərbaycan Respublikası Maliyyə Nazirliyi Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynova verdi.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov çıxışında hazırda mühasiblərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlərdən, hazırlanan metodiki vəsaitlərdən, eyni zamanda CAPSAP layihəsinin Azərbaycanda mühasibatlıq sisteminin inkişafında yaratdığı imkanlardan danışdı.

_B9W2954Azərbaycan Respublikası Audit Palatası sədrinin müavini Nəcəf Talıbov çıxışında ölkə ərazisində fəaliyyət göstərən şirkətlər və burada çalışan mühasiblərin sayı haqqında statistik məlumatı iştirakçıların diqqətinə çatdırdı. Ən  yaxşı auditorların məhz praktik mühasiblərin olduğunu və mühasib peşəsinin daim işləyən, ən çox danlanan və uğura zəmin yaradan bir sənət olmasını qeyd etdi. Natiq Forumun təşkilinə və mühasiblərin çıxış etməsi üçün şərait yaratdığına görə ARPA-ya təşəkkürünü bildirdi. N.Talıbov çıxışında Azərbaycanda mühasib peşəsinə münasibət və müəssisələrdə gənc, təcrübəsiz mühasiblərin işə qəbulu ilə bağlı kvotaların müəyyənləşdirilməsinin vacibliyini, mühasibatlıq sahəsində normativ-hüquqi bazanın, metodiki vəsaitlərin və dərs vəsaitlərinin hazırlanmasında ARPA-nın mühüm rol oynaya biləcəyini vurğuladı._MG_3201

Dünya Bankının Maliyyə Hesabatlılığında İslahatlar Mərkəzinin (CFRR) Baş maliyyə mütəxəssisi Con Hoc təqdimatını milli peşəkar mühasiblər təşkilatlarına və onların beynəlxalq aləmdə mühasibatlıq peşəsinin inkişafında təsirinə həsr etdi. O bununla bağlı Yeni Zelandiyanın və digər dövlətlərin bu istiqamətdə ən müsbət təcrübələrindən örnəklər gətirdi. Mühasib peşəsi, maliyyə hesabatlarının düzgün tərtibinin əhəmiyyəti və bu sahədə boşluqlar, gözləntilər, arzu və təklifləri, Azərbaycan səviyyəsində görüləsi işləri qeyd etdi. Natiq həmçinin bu sahədə ARPA-nın görəcəyi işləri də xüsusilə vurğuladı.

_MG_3243Forumun ikinci hissəsində “Deloitte Azerbaijan” şirkətinin Audit üzrə direktoru Rauf Atakişiyev çıxışında həyata keçirilən islahatların mühasib peşəsinə və institutlara təsirindən, tanınmış auditor şirkətinin təmsilçisi kimi  Azərbaycanda və beynəlxalq aləmdə bu sahədə mövcud durumdan bəhs etdi, maliyyə hesabatlarının auditi istiqamətində görülən işləri işıqlandırmaqla, burada hansı məqamlara diqqət yetirilməsinin daha vacib olduğunu vurğuladı. Rəqabətli iqtisadiyyatda şəffaf mühasibatlığı və maliyyəhesabatlılığını təmin etmək üçün peşəkar mühasiblərinə ciddi ehtiyac var. Çünki hazırda müəssisələrdə mühasibatlıq üçotu daha çox vergi hesabatlılığı üzərində qurulub. Ona görə də bu istiqamətdə islahatlar zəruridir. Əsas vəsaitlərin və digər uçot elementlərinin də hesabatlılığında şəffaflığa nail olunması önəmlidir. Eyni zamanda, düzgün və dəyərli məlumatların tərtibi və tələb olunan zaman təqdim edilməsi vacib məsələdir. Bu həm də maliyyə məlumatlarının dəqiqliyini təmin edə bilər. Rauf Atakişiyev həmçinin biznes proseslərində dəyişikliklərin rəqabətədavamlılığa kömək edəcəyini və bu sahədə işlərin aparılmasının vacibliyini qeyd etdi. Bu gün mühasiblər institutunun yaradılması, peşəkar mühasiblərin yetişdirilməsi və bu işə biznes nümayəndələrinin, qanunverici, tənzimləyici orqanların cəlb edilməsinin vacibliyini vurğulamaqla, mühasibatlıq hesabatlılığında, normativ-hüquqi aktlarda, qanunvericilikdə müvafiq təkmilləşdirmələrin, dəyişikliklərin aparılması, yeniliklərin gətirilməsinin mühümlüyünü gerçək nümunələrlə iştirakçıların diqqətinə çatdırdı._MG_3261

ARPA-da Peşəkar Mühasiblərin Sertifikasiya Proqramı haqqında məlumat verən ARPA-nın Sertifikasiya üzrə direktoru Gülnar xanım Hacıyeva təqdimat zamanı proqramla bağlı imtahan səviyyələrindən, mühasiblərin peşəkarlığının artırılmasında və karyera yüksəlişində rolundan, imtahan və sertifikatlaşdırma prosesinin həyata keçirilməsi qaydasından danışdı. ARPA-nın Dünya Bankı və Maliyyə Nazirliyi ilə birlikdə bu sahədə hazırladığı tədris və metodiki vəsaitlərdən söhbət açdı.

_MG_3282“Mühasiblər Forumu-2016”ya yekun vuran ARPA-nın İcraçı direktoru Fərrux Əliyev spikerlərə və müzakirələrdə göstərdikləri fəalliğa görə iştirakçılara təşəkkürünü bildirdi. Bu gün qaldırılan məsələlərin, qeyd edilən tövsiyyələrin mühasiblərin işində faydalı olacağına inandığını söylədi və mühasiblərin Milli Mühasiblər Təşkilatı kimi ARPA ilə daha sıx əməkdaşlıq etməklə ölkəmizdə bu sahənin inkişafına töhfə verməyə dəvət etdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir