Search
muganbank

Kreditin alınması üçün prosedur:

«Мuğanbank»ASC fiziki şəxslərə avtomobilin ümumi məbləğinin 75% həcmində istehlak krediti təklif edir.
Kreditin şərtləri:

 

  • Kredit alan yetkinlik yaşına çatmış, daimi gəliri olan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
  • Kreditin müddəti: 18 – 24 ay
  • İllik faiz dərəcəsi: 28%
  • Kredit gələcək ödəniş qrafikinə əsasən hər ay bərabər hissələrlə ödənilir
  • Alınan avtomobilin kredit müddəti üzrə sığortası vacib şərtdir
  • Kreditlə alınmış avtomobil kreditin təminatı kimi sənədləşdirilir və Azərbaycan Respublikasının Dövlət Yol Polisində qeydiyyatdan keçir.

Kreditin alınması üçün prosedur:

  • Kredit alan arzu etdiyi modeli seçmək üçün bankın əməkdaşlıq etdiyi avtosalona müraciət edir
  • Kredit hesabına alınan maşının dəyərinin (Rusiya istehsalı olan maşınlar üçün) 25%, (xaricdə istehsal olunmuş maşınlar üçün) 30%-i borc alan tərəfindən avtosalonun kassasına ödənilir.
  • Kredit alan bankın kredit departamentinə bütün zəruri sənədlərlə birgə müraciət edir
  • Kredit alan Bank ilə müqavilə imzalayır
  • Kredit alan Bakıda sığorta agentliyini nümayəndəsi ilə avtomobilin kasko sığortası barədə sığorta müqaviləsi imzalayır və onu ödəyir

Zəruri sənədlər:
Şəxsiyyət vəsiqəsi.
Avtomobillərin ixracına icazə verən nəqliyyat vasitəsinin vergi deklarasiyası, hesabı və ya qeydiyyat şəhadətnaməsi
Kreditin verilməsi üçün müraciətə baxılma müddəti:
Avtomobilin alınması üçün kreditin verilməsi üçün müraciətə baxılma müddəti (Banka bütün zəruri sənədlərin təqdim olunmasından sonra) bir bank günü təşkil edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir