Search
steve-jobs

Milyarder-Steve Jobs’un Ölüm Döşəyindəki Son Sözləri

Mən iş dünyasında müvəffəqiyyətin zirvəsinə çatdım. Başqalarının gözündə, mənim həyatım müvəffəqiyyətin konkret bir nümunəsi idi.

Ancaq, işi bir tərəfə buraxsaq, bunlar çox az idilər. Sonunda, zənginlik vərdiş olduğum həyatın yalnız bir ünsürü idi.

Hal-hazırda, xəstə yatağımda yatarkən bütün həyatımı xatırlayıram. Anlayıram ki bütün qürur duyduğum tanınma və zənginlik, solğun və yaxınlaşan ölümün üzündə mənasızlaşır.

Qaranlıqlarda, həyat modulundan gələn yaşıl işıqlara baxır və mexaniki uğultularını duyuram. Ölümün yaxınlaşan xəttlərində tanrının nəfəsini hiss edirəm.

İndi bilirəm, bir ömür boyu yığdığımız zənginlik bitəcək. Zənginliklə əlaqəsi olmayan şeylərin də arxasından getməliyik.

Bundan daha əhəmiyyətli şeylər olmalıdır:

Bəlkə əlaqələr, bəlkə sənət, bəlkə də gənclik günlərimizin xəyalları.

Heç dayanmadan var-dövlətin arxasınca getmək, adamı mənim kimi çaşmış birinə çevirər.

Tanrı bizə, hər kəsin ürəyindəki sevgini hiss etmək üçün duyğular vermişdir. Zənginliklə gələn yanlışlar deyil.

Həyatım boyunca qazandığım sərvəti özümlə apara bilmirəm.

Bəs nə götürə bilirəm: sevgi ilə dolu xatirələri.

Gerçək zənginlik sizi daim təqib edəcək, sizinlə yoldaşlıq edəcək, güc verəcək və davam etməniz üçün enerji verəcək.

Sevgi minlərlə mil səyahət edir. Həyatın sərhədi yoxdur. Hara getmək istəyirsinizsə gedin. Çatmaq istədiyiniz ən üst nöqtəyə yetişin. Bu tamamilə sizin ürəyinizdə və əllərinizdədir.

Dünyadakı ən bahalı yataq nədir?
– “Xəstə yatağı”

Birisini avtomobilini idarə etmək üçün və pul qazandırmaq üçün işə götürə bilərsən, lakin xəstəliyini daşıyacaq birini tapa bilməzsən.

İtirilən maddi şeylərin əvəzi ola bilər. Lakin itdiyi zaman əvzi olmayan tək şey var o “həyat”dır.

Əməliyyata gedən biri, hələ yazıb bitirmədiyi bir kitab olduğunun fərqinə varır, bu “Sağlam Yaşam Kitabı”dır.

Hal-hazırda həyatın hansı mərhələsində oluruqsa olaq, zamanla, pərdə enərkən onunla üzləşəcəyik.

Ailənizə, yoldaşlarınıza, tanışlarınıza dəyər verin.

Özünüzə yaxşı baxın. İnsanlığa hörmət edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir