Search
535261_487247

Manatda daha 12%-lik devalvasiya!

Azərbaycan Mərkəzi Bankı 2015-ci ilin 21 Dekabr tarixində ikinci dəfə devalvasiyaya gedərək 1 dolları 1,55 manata bərabər etmişdi.  Gələn ay ikinci devalvasiyanın 1 ili tamam olacaqdır.
Devalvasiyadan sonra, rəsmi USD/AZN məzənnəsi 02 May tarixində 1.4900 səviyyəsinədək düşmüşdü. Ümumi götürdükdə isə, Dollar bahalaşmaqdadır.
Son günlər Dolların Manat qarşısında bahalaşması yenidən sürət götürüb. Mərkəzi Bankdan “Marja”ya daxil olmuş məlumata görə, 08 Noyabr 2016-cı il tarixi üçün 1 ABŞ dolları üçün 1,6686 manat müəyyən edilmişdir. Beləliklə, 21 Dekabr 2015-ci il tarixindən ötən müddət ərzində Dollar Manat qarşısında 7,6% dəyər qazanıb. Qısası, 100 dollar rəsmi olaraq 11 manat 86 qəpik bahalaşaraq 155 manatdan 166,86 manata qalxıb.
Dollar Manat qarşısında, 02 May tarixindəki 1.4900 səviyyəsilə müqayisədə isə 12%bahalaşıb.
21 Fevral 2015-ci il tarixindəki ilk devalvasiyadan bəri isə Manat Dollar qarşısnda 114% ucuzlaşıb.
FaktXəbər



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir