Search
thumb_20160406124616810

Maliyyə nəzarəti gücləndiriləcək

Hesablama Palatası “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmasını məqsədəuyğun hesab edir.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, qanunun təkmilləşdirilməsi maliyyə nəzarətini gücləndirmək və şəffaflığı artırmaq üçün lazımdır.

V.Gülməmmədov qeyd edib ki, 2015-ci ildə dövlət satınalınmaları, dövlət təşkilatları tərəfindən debitor borcun ödənilməsi zamanı bəzi nöqsanlar aşkarlanıb, bundan başqa, büdcə vəsaitlərinin məqsədyönlü olmayan istifadəsi aşkar edilib.

İclasın yekunu üzrə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Mili Məclisin plenar iclasında müzakirə edilmək üçün tövsiyə edilib.

Mənbə: Trend



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir