Search
photo_78414

Mərkəzi Nəbatat Bağında bir payız günü – VİDEO

1934-cü ilin iyul ayının 3-də Mərkəzi Nəbatat Bağı və Botanika İnstitutu üçün Dağüstü parkdan başlamış “Qurd qapısı”na gedən yol arasında 80-100 hektar sahə ayrılması və sahənin su ilə təchiz edilməsi barədə qərar qəbul edilir.
Abşeron yarımadasının cənubi-şərq hissəsində, dəniz səviyyəsindən 105-135 metr hündürlükdə salınan Mərkəzi Nəbatat Bağı Bakının cənub-şərq sisteminin yaşıl zonasına daxil olaraq, eyni zamanda onun yaşıl mədəni-mərkəzlərindən biri hesab olunur. Nəbatat Bağında dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından olan 2000-dən artıq ağac, kol, çiçək və ot bitkilərinin kolleksiyası toplanıb.
İlin hər fəslində buranın fərqli gözəlliyi olur.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir