Search
2-59

Mərkəzi Bankın təşəbbüsü ilə maraqlı tərəflər üçün maliyyə maarifləndirməsinin tədrisi və bu istiqamətlər üzrə tövsiyələr mövzusunda təlimlər keçirilmişdir

Azərbaycan Respublikası Mərkəzi Bankı Uşaq və Gənclərin Maliyyə Savadlılığı üçün Beynəlxalq İnkişaf Fondu ilə birgə maliyyə savadlılığı layihəsi üzrə tərəfdaş qurumlar üçün “Maliyyə savadlılığının tədrisində aktiv təlim metodları” adlı seminar keçirmişdir.

Seminarın keçirilməsində məqsəd uşaq və gənclərin maliyyə savadlılığının artırılması sahəsində fəal iştirak edən aidiyyatı qurumların potensialı və onların bu sahədə çalışan əməkdaşlarının texniki ekspert biliklərinin gücləndirilməsi, eləcə də maliyyə savadlılığı üzrə təlimçilərə mütərəqqi yanaşma və metodların ötürülməsi olmuşdur.

Accessbank QSC-nin təlim mərkəzində keçirilmiş üç günlük seminarda Visegrad Qrupu ölkələrində maliyyə savadlılığı sahəsində tətbiq olunan təlim metodologiyaları, aktiv təlim metodlarının üstün cəhətləri, uşaq və gənclərin maliyyə inklyuzivliyinin önəmi və onların ehtiyaclarına uyğun bank məhsul və xidmətlərinin hazırlanması kimi məsələlər müzakirə edilmişdir.

Seminarda Mərkəzi Bank, ölkədə fəaliyyət göstərən banklar və QHT-lərin nümayəndələrindən ibarət 20 nəfər iştirak etmişdir. Sonda seminar iştirakçılarına müvafiq sertifikatlar verilmişdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir