Search
Semed

Lombard Fırıldaqçılığı – Hüquqşünas rəyi

Banknews.az mövzu ilə bağlı tanınmış Hüquqşünas – Səməd Vəkilovla müsahibəni təqdim edir:

Bankların illik 20-25 faizlik kredit satışları cəmiyyətdə tənqid hədəfinə çevrildiyi bir dövrdə bu vəziyyətdən istifadə edərək aylıq 5-8% illik 60-90%-ə kredit təklif edən Lombardlar nə üçün diqqətdən kənardadır?

– Azərbaycan manatının ikinci dəfə devalivasiya olunduqdan sonra vətəndaşların ödəmə qabiliyyəti aşağı düşdü bundan sonra Lomabardlar aktuallıq qazanmağa başladılar. Təbii ki, Lombardlarin fəaliyyətindəki problemlər də qabarıq şəkildə üzə çıxmağa başladı.

Lombardların lisenziyasız fəaliyyətini necə qiymətləndirirsiniz?

– Lisenziyasız fəaliyyət göstərilməsi normaldır. Hesab edirəm ki sui-istifadə hallarının qarşısı alınmalıdır. Hökmən nəzarət olunmalıdır. İqtisadiyyat Nazirliyinin İstehlakçı hüquqlarının müdafiəsi Departamenti bu fəaliyət üzərində nəzarət etməlidir.

Lombard müştəriləri nə kimi hüquq pozuntuları ilə qarşılaşırlar?

– Ümumiyyətlə Lombardların fəalliyyətində qanunsuzluqları aşağıdakı kateqoriyalar üzrə ayırmaq olar.

  • Sənədləşmədə olan hüquq pozuntuları;
  • Mantala verilmiş kreditin dollarla tələb edilməsi;
  • Faizlərin bir tətəfli qaydada artırılması.

Təəsüf ki Lombardlar vətəndaşların onlara saxlanca qoyduğu qızıl-ziynət əşyalarını qanunsuz olaraq aparıb Banklara girov qoyurlar və banklardan təkrar kredit götürürlər. Bir çox hallarda banka ödəniş edə bilmədikləri üçün Bank tərəfindən həmin qızıl ziynət əşyaları girov saxlanılır yaxud satışa çıxarılır. Nizami Rayon Prokurorluğunda anoloji bir işlə bağlı artıq cinayət işi başlanılıb.

Lombardların yaratdığı problemlərlə qarşılaşan vətəndaşlarımızın hansı addımları atmasını məqsədəuyğun hesab edirsiniz?

– Mülki qaydada məhkəmə iddiaları qaldırmamışdan öncə hökmən polis və prokurorluq orqanlarına müraciət edib onların cinayət məsuliiyətinə cəlb olunmasına çalışmalıdırlar. Araşdırma zamanı heç bir cinayət tərkibi aşkar edilmədiyi təqdirdə mülki qaydada məhkəməyə üz tutmaları məsləhətdir. Bu halda hüquq mühafizə orqanlarının apardığı araşdırma materiallarından istifadə edə biləcəklər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir