Search
uni bank

Kiçik və orta biznes sahibləri, fərdi sahibkarlar üçün.

Kiçik və orta biznes sahibləri, fərdi sahibkarlar üçün.

Kreditin minimal məbləği 20000 AZN (USD,EUR)
Kreditin maksimal məbləği 3000 000 AZN (USD,EUR)
Kreditin maksimal müddəti 4 ilə qədər
Güzəşt müddəti 6 aya qədər
Faiz dərəcəsi İllik 18%-dən başlayaraq
Təminat (girov) Daşınar və daşınmaz əmlak

Kreditləşdirilən sahələr bunlardır:

  • sənaye;
  • ticarət;
  • inşaat;
  • xidmət sahəsi;
  • kənd təsərrüfatı.

Əlavə məlumat üçün (012) 117 zəng edin və ya Sizə yaxın olan Filiallarımızdan birinə müraciət edin.

Biznes-layihələrin kreditləşdirilməsi bizim bank fəaliyyətimizin ən mühüm istiqamətlərindən biridir. Buna görə də biz öz kredit vəsaitlərimizi, müxtəlif layihələrin həyata keçirilməsi üçün, istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, istərsə də hüquqi şəxslərə-şirkətlərə təklif edirik.

Bankımızın inkişaf strategiyasının əsasını təşkil edən prioritet istiqamətlərdən biri – Xırda və Orta Sahibkarlığın (XOS) maliyyələşdirilməsidir. Biz XOS layihələrini, onların səciyyəvi xüsusiyyətlərini nəzərə almaqla, Sizə müxtəlif kredit məhsullarının seçimini, əlverişli ödəniş sxemləri təqdim etməklə, girovların seçilməsinə və qiymətləndirilməsinə çevik yanaşma tətbiq etməklə və Sizə maksimum məsləhətvermə dəstəyi verməklə, maliyyələşdiririk.

XOS-la böyük iş təcrübəsi bizim mütəxəssislərə xırda və orta müəssisələrin kreditləşdirilmə mexanizminin, beynəlxalq standartlar səviyyəsində keyfiyyətli kredit prosedurlarının və sxemlərinin tətbiq edilməsinə əsaslanan, xüsusi qabaqcıl sistemini işləyib hazırlamaq imkanı vermişdir. Layihələrin maliyyələşdirilməsi həm beynəlxalq maliyyə institutlarından, həm də digər mənbələrdən vəsaitin cəlb edilməsi ilə həyata keçirilir.

Bu gün üçün biz Sizə maliyyələşdirilmənin müxtəlif növlərini təqdim edirik:

  • kreditlər;
  • zəmanətlər, akkreditivlər

Biz, iqtisadiyyatın aşağıdakı sahələrində həyata keçirilən layihələri kreditləşdiririk:

  • sənaye;
  • ticarət;
  • inşaat;
  • xidmətlər sahəsi;
  • kənd təsərrüfatı.

Biz həmçinin Sizə aşağıdakı məqsədlə kreditlər təqdim etməyə hazırıq:

  • kassa kəsirlərin doldurulmasına

Sizin pul vəsaitinizin dövriyyəsində yaranan qısa müddətli kassa üzülmələrinin yerinin doldurulması üçün overdraftlar. Hesaba daxil olmaların, malın/xidmətin çatdırılması üçün, ləngidiyi təqdirdə, biz əməliyyat günü ərzində öz vəsaitimizin hesabına Sizin şirkətin ödənişlərini ödəyirik, Sizin müəssisənin hesabına pul vəsaiti daxil olduqda isə – avtomatik olaraq Sizin krediti ödəyirik.

  • dövriyyə vəsaitinə

Dövriyyə vəsaitinin artırılması üçün kredit 1 aydan 1 ilədək müddətə təqdim edilir. Kreditin minimum məbləği 2000 ABŞ dolları, maksimum məbləği isə 1 000 000 ABŞ dolları təşkil edir. Məbləğ, müddət və kredit üzrə faiz dərəcəsi hər bir şirkət üçün fərdi qaydada, onun pul dövriyyələrindən asılı olaraq, hesablanır. Kreditin ödənilməsinin və ona görə faizlərin verilməsinin mənbəyi kimi Sizin şirkətin cari qazancı çıxış edir. Kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödənilməsi aybaay, bərabər paylarla (annuitet qaydasında) yerinə yetirilir. Biz həmçinin fərdi razılıq əsasında Sizin üçün kredit ödənişlərinin başqa qrafikini işləyib hazırlaya bilərik, konkret olaraq, altı aylıq güzəşt dövrü təqdim edə bilərik, hansının ki, ərzində Sizin şirkətiniz ancaq faizlərin ödənilməsini yerinə yetirə bilər.

  • əsas vəsaitlərə

Əsas vəsaitlərin əldə edilməsi üçün kredit 48 aya qədər müddətə təqdim edilir. Kreditin minimal məbləği 2000 ABŞ dolları, maksimal məbləği isə 1 000 000 ABŞ dolları təşkil edir. Məbləğ, müddət və kredit üzrə faiz dərəcəsi hər bir şirkət üçün fərdi qaydada, onun pul dövriyyələrindən asılı olaraq, hesablanır. Kreditin ödənilməsinin və ona görə faizlərin verilməsinin mənbəyi kimi Sizin şirkətin cari qazancı çıxış edir. Kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödənilməsi aybaay, bərabər paylarla (annuitet qaydasında) yerinə yetirilir. Biz həmçinin fərdi razılıq əsasında Sizin üçün kredit ödənişlərinin başqa qrafikini işləyib hazırlaya bilərik, konkret olaraq, altı aylıq güzəşt dövrü təqdim edə bilərik, hansının ki, ərzində Sizin şirkətiniz ancaq faizlərin ödənilməsini yerinə yetirə bilər.

Kreditləşdirmə prosesini Sizin üçün maksimum dərəcədə rahat etmək üçün, biz öz kreditlərimizi aşağıdakı qaydada müxtəlif müddətlər üzrə bölmüşük:

  • overdraftlar (1 aya qədər müddətə;)
  • qısa müddətli kreditlər (1 aydan 12 aya qədər müddətə);
  • orta müddətli kreditlər (12 aydan 24 aya qədər müddətə);
  • uzun müddətli kreditlər (24 aydan 48 aya qədər müddətə).

Biz Sizin kredit müraciətinizi nəzərdən keçirməyə həmişə hazırıq. Bu zaman, kredit haqqında sorğuya müsbət cavabın alınması üçün, Sizin əlavə üstünlükləriniz kimi aşağıdakılar çıxış edə bilər:

  • Sizin şirkətin yaxşı kredit tarixçəsi və etibarlı adı;
  • planlaşdırılmış texnoloji-istehsalat dövriyyəsi;
  • sazlanmış istehsal sistemi, satış bazarı və məhsulun (malların/xidmətlərin) satış sistemi;
  • biznes proseslərinin şəffaflığı;
  • son 4 rüb ərzində itkisiz fəaliyyət;
  • fərdi kapital və bazar dəyəri şirkətin öhdəliklərindən artıq olan real aktivlər;
  • kreditləşdirilən layihənin dəyərini aşan (bir qayda olaraq, ən azı iki dəfə) real aktivlər;
  • Azərbaycanda qeydiyyata alınmış biznes;
  • vaxtı ötmüş borcların olmaması;
  • layihənin yaxşı işlənmiş biznes-planı, rəsmiləşdirilmiş layihə-smeta və icazə sənədləri.

Sizin şirkət, kreditin alınması zamanı, girov qismində bizə aşağıdakıları təqdim edə bilər:

  • daşınmaz əmlak;
  • daşınan əmlak;
  • əmtəə ehtiyatları;
  • xammal;
  • əsas vəsaitlər;
  • qiymətli metallar;
  • qiymətli kağızlar;
  • yüksək səviyyəli müəssisələrin və təşkilatların zəmanətləri;
  • fiziki şəxslərin zəmanətləri;
  • yüksək səviyyəli sifarişçilər tərəfindən ödəniş üçün qəbul edilmiş invoyslar.

Biz Sizə həmçinin mütəxəssislərin, kreditin girov təminatı qismində təqdim olunan əmlakın qiymətləndirilməsi üzrə, pulsuz xidmətlərini təqdim edə bilərik.
Kreditin alınması üçün Siz aşağıdakıları etməlisiniz:

  • bizim bankın kredit şöbəsi ilə əlaqəyə girməli və, göstərilən sənədlərin verilməsi və danışıqların aparılması üçün, Unibank-a gəlməlisiniz;
  • kreditin verilməsi haqqında məsələnin nəzərdən keçirilməsi üçün zəruri olan sənədləri hazırlamalısınız (sənədlərin siyahısını Sizə bizim Bankın əməkdaşı təqdim edəcəkdir);
  • kreditin təqdim edilməsi üçün sifarişi doldurmalısınız.

Biz həm də Sizin layihəni, istər öz şəxsi vəsaitimizin, istərsə də Avropa Yenidənqurma və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, Alman Sərmayə Korporasiyası, İslam İnkişaf Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, FMO Niderland maliyyə şirkəti və s. kimi beynəlxalq maliyyə institutları tərəfindən bizə təqdim edilmiş kredit xətlərinin hesabına, maliyyələşdirməyə hazırıq.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir