Search
sigorta

Kreditlər siğortalanırmı?

Ölkə vətəndaşlarının 90 %-nin kredit götürdüyü nəzərə alınsa, o zaman demək olar ki, bu gün hər dörd vətəndaşdan üçü banklara elə bu məqsədlə müraciət edir. 

 

Kredit götürən şəxlərin çoxu onların vəsaitlərinin sığortalanmsından bixəbərdir. Belə ki, şəxsin başına hər hansı bir hadisə gələrsə, o zaman bankda qalan məbləğin qalığını sığorta şirkəti ödəyir. Sığorta şikətinin idarə heyətinin sədri Rəşad Əhmədov bildirib ki, fiziki şəxs istehlak krediti alır, daha sonra qəza nəticəsində yaxud da xəstəlik nəticəsində ölüm hadisəsi ortaya çıxsa sığorta- kreditin qalığını geri ödəyir banka.

Bu, həmin şəxsin ailə üzvlərinin varislərinin gələcəkdə problemlə rastlaşmamasına, finans bazarının sabitliyinin qorunması baxımından önəmlidir. Bu səbəbdən şəxslər götürdükləri kreditin bank tərəfindən sığortalanıb-sığortalanmadığına fikir verməlidirlər. Millət vəkili Vahid Əhmədov isə bildirib ki, bankdan kredit götürən şəxs müqaviləyə nəzarət etməlidir:

“Yəni müqavilədə sığorta göstərilibmi hansısa hadisələr olarsa müddəalar varmı? Bildiyimə görə ölkədə fəaliyyət göstərən 43 bankda həmin sığortalanma nəzərdə tutulur. Yəni müəyyən hadisə baş verərsə o zaman həmin ödənişdən azad edilsin”. Rəşad Əhmədov bildirib ki, intiharda və ya sui-qəsd nəticəsində ölüm hallarında hər hansı ödəniş həyata keçirilmir:

“Müəyyən banklar var ki, zaminlər tələb edir, yəni bənzər durum ortaya çıxsa finans sabitinin pozulmamsı üçün zaminlərə də gedilə bilər. Əgər müştəri ilə bağlanılmış kredit müaviləsinin tamam həcmi sığorta təminatına alınıbsa o zaman zamine ehtiyac duymur banklar, çünki hadisə baş verərsə sığota şikti banka məbləğin qalan hissəini ödəyir”.

Qeyd edək ki, kredit götürən şəxsin başına hər hansı bir hadisə gələrsə o zaman qanunvericliyin tələbi ilə əlaqədar şəxsin yaxınları ölüm haqqında şəhadətnaməni dərhal banka təqdim etməlidirlər. Əks təqdirdə ödəniş edilməyəcək. /Atvxeber.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir