Search
avto kredit

Kreditdə olan avtomobilləri alanlar diqqətli olsunlar!

Bank News: Son zamanlar, kreditdə olan avtomobilləri etibarnamə ilə alan vətəndaşlar böyük problemlərlə üzləşirlər.  Kreditdə olan avtomobili alan şəxslər çətinliklərlə üzləşdikdə nə edəcəklərini bilmirlər. Bəs bu insanlara problemələr nə zaman yaranır, və bu problemlər hansılardır ?

Məsələn:

  • Avtomobil adına olan şəxsin digər banklarda borcu var və ödəniş etmir. Məhkəmə bu zaman ödənişi onun əmlakına yönəldir. Əmlakı başqa şəxs etibarnamə ilə alsada, amma maşının əsas sahibi ilk qeydiyyatdan keçən şəxsdir.
  • Avtomobili etibarnamə ilə alan şəxs bankın borcunu bağlayıb maşını satmaq istəyir və yaxud etibarnamənin vaxtını uzatmaq istəyir, amma çəntinliklə üzləşir. Səbəb, maşının qanuni sahibini tapa bilmədiyi üçün maşını satmaq mümkün deyil. Çünki avtomobilin yiyəsi ölkədə olmuya, rəhəmətə gedə bilər, və s bu kimi amillər.
  • Siz avto kreditin bir çox hissəsini ödəmisiniz, müəyyən müddətdən sonra avtomobilin həqiqi yiyəsi etibarnaməni ləğv edə bilər və avtomobil sizin olmaya bilər. Bu kimi məsələləri məhkəmə ilə həll olunsada amma uzun çəkən bir prosesdir.
  • Bu addım bir riskdir, təhlükədir. Çalışın avtomobilin əsas sahibilə daim əlaqədə olun.

Bu kimi qarşıdurmalar devalivasiyadan sonra  daha çoxalıb. Dollarla kredit götürən avtomobilin əsas sahibinin digər banka kreditini ödəniş etməyə gücü çatmadığı üçün, məhkəmə ödənişi onun adında olan əmlaklara yönəldir.

Əgər hal hazırda sizində belə bir avto kreditiniz varsa çalışın onu vaxtında bağlayın. Əsasda avto kredit dollardısa onu dərhal bağlayın. Çünki dolların yenidən bahalaşacağını ekspertlər bildirirlər. İnanırıq ki bunları etdikdən sonra, bir daha səhf addım ataraq etibarnamə ilə heç birşey almıyacaqsınız. Bu biliklərə yiyələnməyinizdə sizlərə köməyimiz oldusa, bizlər üçün xoş oldu.

Hörmətlə: taraz.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir