Search
unibank_191112_1

Kredit üçün minimal əmək haqqı tələbi 410 AZN-dən 160-a salınıb

Unibank kredit şərtlərində dəyişiklik edib. Artıq maaşı aşağı olanlar da kredit götürə biləcək.

Dəyişikliyə əsasən, kredit götürmək istəyən müştərilər üçün minimal əmək haqqı tələbi 410 manatdan 160 manata endirilib.

Unibankda kredit tarixçəsinə malik olmayan yeni müştərilər üçün, yaş həddi 20-60 ( kreditin bitmə tarixi) və son iş yerində staj minimal 12 ay təşkil etməli, təkrar müştərilər üçün isə yaş həddi 20-65 (kreditin bitmə tarixinə) və son iş yerində minimal iş stajı 6 ay olmalıdır. Hər iki halda minimal əmək haqqı 160 AZN təşkil etməlidir.

Kreditin müddəti 3-24 ay, kreditin məbləği isə 300-5000 AZN arası müəyyən olunub.

Müştəri, şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd əsasında Unibank filiallarından birinə müraciət edə bilər. Gəliri təsdiq edən sənəd qismində iş yerindən arayış, əmək haqqı kartının son 6 ay çıxarışı ya da elektron arayış ola bilər. İş yeri MMC olan müştərilərə kreditlər yalnız elektron arayış və ya son 6 ayın hesabdan çıxarışına əsasən rəsmiləşdirilə bilər. Kreditin ayrılması və ayrılacaq məbləğ aylıq gəlirlər və kredit tarixçəniz təhlil olunduqdan sonra təhlilə əsasən Bankda müəyyən edilir.

Qeyd edək ki, Unibank Mayın sonunda Manat kreditini yenidən bərpa edən zaman yeni və təkrar müştərilər üçün minimal əmək haqqı tələbini 410 manat müəyyən etmişdi.

Mənbə: Marja

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir