Search
14603480201774316454_554x360

Kredit kartlarının sayı yenə azalıb

Kredit kartlarının sayı azalmaqda davam edir.

Mərkəzi Bank xəbər verir ki, Fevral ayında kredit kartlarının sayı 17 min ədəd azalıb. Yanvar ayında azalma 201 min ədəd təşkil etmişdi.

Ötən ilin Fevral ayı ilə müqayisədə isə kredit kartlarının sayı 527 min ədəd azalıb. 2015-ci ilin Fevral ayının sonunda kredit kartlarınnı sayı 1 milyon 319 min ədədə çıxmışdı.

Fevral ayında sosial və digər debet kartlarının da sayı azalıb.

Fevral ayında sosial kartların sayı 21 min ədəd azalaraq 2 milyon 423 min ədədə, digər debet kartlarının sayı isə 4 min ədəd azalaraq 686 min ədədə düşüb.

Fevralda əməkhaqı kartlarının sayı isə 37 min ədəd artaraq 1 milyon 486 min ədədə qalxıb.

Əməkhaqqı kartları xaric digər kartların sayının azalması ilə əlaqədar olaraq cəmi ödəniş kartlarının sayı da 5  min ədəd azalaraq  01 Mart 2016-cı il tarxinə 5 milyon 387 min ədəd təşkil edib. Cəmi ödəniş kartlarının sayı 2015-ci ilin İyun ayında 6 milyon 88 min ədədə qədər çıxmışdı.

ƏMƏLİYYATLARIN SAYI VƏ HƏCMİ DƏ AZALIB

Ötən ilin Fevral ayı ilə müqayisədə Fevral 2016-da ödəniş kartları ilə aparılan əməliyyatların sayı 333 min sayda azalaraq 6 milyon 505 minə, əməliyyatların həcmi isə 96 milyon manat azalaraq 981 milyon manata düşüb.

Ötən ilin Fevral ayı ilə müqayisədə kredit kartları ilə aparılan aylıq əməliyyatların sayı 675 min və ya 45% azalaraq 842 minə, həcmi isə 83 milyon manat və ya 39% azalaraq 128 milyon manata düşüb. Debet kartları ilə aparılan əməliyyatların sayı isə artıb (5 milyon 664 min), həcmi isə cüzi azalıb (853 milyon manat).

Mənbə: Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir