Search
kapital_bank_240714_1_1_0

“Korporativ müştərilərə xidmət üzrə mütəxəssis” – Vakansiya

“Kapital Bank” “Korporativ müştərilərə xidmət üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edib. Ali təhsilli, bu sahədə 1-3 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyun ayının 23-dür.
İş barədə məlumat

– Hüquqi şəxslərə bank xidmətləri göstərmək
– Bankın xidmətləri ilə bağlı müştərilərə daima məlumatlar vermək
– Yeni korporativ müştərilər cəlb etmək və uzun müddətli əlaqələr qurmaq
– Mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək

Namizədə tələblər
– Ali təhsil
– Mükəmməl səviyyədə Azərbaycan və Rus dili biliyi
– Yaxşı səviyyədə İngilis dili biliyinin olması arzuolunandır
– Yüksək ünsiyyətqurma qabiliyyəti
– Qarşılıqlı əlaqələri inkişaf etdirmək bacarığı
– Səliqəlilik və yüksək nəzakətlilik
– MS Office proqramlarında işləmək bacarığı
– Sahə üzrə 1-3 illik iş təcrübəsi

Telefon: (012) 598-12-95

E-mail: hkc@kapitalbank.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir