Search
571836_490176

Kommunal xidmətlər üzrə vahid tənzimləyici orqan yaradılacaq

Kommunal xidmətlər sektorunda fəaliyyət səmərəliliyinin yüksəldilməsinə imkan verən mexanizmlərin işə salınması istiqamətində sistemli yanaşmaya, o cümlədən sahəyə investorların cəlb edilməsi üçün effektiv mexanizmlərdən istifadəyə təkan verən tənzimləyici orqanın yaradılması məsələsi nəzərdən keçiriləcək. Bu, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb.
Sənəddə vurğulanır ki, bu zaman aşağıdakı 3 mühüm amil nəzərə alınacaq:
– müstəqil tənzimləyici orqanın təşkilati-hüquqi forması və fəaliyyət istiqamətləri;
– aidiyyəti orqanlara münasibətdə vəzifə və səlahiyyətlərin dəqiq müəyyən edilməsi;
– kadr təminatının formalaşdırılması.
Bundan başqa, sənəddə kommunal xidmətlər üzrə infrastrukturun təkmilləşdirilməsi və xidmət səviyyəsinin davamlı şəkildə yüksəldilməsi məqsədilə bu xidmətlər üzrə tariflərdə, əlavə olaraq, müəyyən həcmdə vəsaitin nəzərdə tutulması və həmin vəsaitin məqsədli fondda toplanması məsələsinin nəzərdən keçiriləcəyi qeyd olunub.
APA



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir