Search
696cb573-b8c4-4918-9dc3-5660a902d437

Kiçik və orta sahibkarlıq krediti verən banklar

Banklar sahibkarlara, fiziki və hüquqi şəxslərə biznesin inkişaf etdirilməsi məqsədi ilə, qısa, orta və uzun müddətli biznes kreditləri təklif edir. Bu kreditlər adətən öz ölçülərinə görə fərqlənirlər. Belə ki, biznesin inkişafı ilə əlaqədar daha kiçik ölçülü (mikro) və daha böyük ölçülü (makro) kreditlər ayrılır.

Kiçik və orta sahibkarlığın inkişafı üçün kredit verən bankları və onların şərtlərini sizlərə təqdim edirik.

Bank Məbləğ Müddət Faiz
AccessBank 30.000-300.000

(AZN)

24 ay 23%
Atabank 24 ay 18-27%
Bank Avrasiya 150.000-200.000
AZN(USD)
24 ay AZN-20%
USD-18%
Bank BTB 200.000 AZN 36 ay 16% (min)
Bank Respublika 300.000 AZN

(max)

24 ay 25%
Parabank 50.000 AZN 12-36 ay 24-26%
Rabitəbank  – 12-42 ay 18-21%
Unibank* 20.000 – 10.000.000.000 AZN 24 ay 17% (min)

AFB Bank, Azər Türk Bank, Beynəlxalq Bank, Dəmir Bank və Xalq Bank-da bu növ kreditlər individual qaydada təyin olunur. Faiz dərəcələri və məbləği müəyyənləşdirmək üçün bank filialına yaxınlaşmaq lazımdır.

*Unibank həmçinin bu kredit növünü dollarla da ayırır. Bunun üçün müştəri müraciətlərinə individual baxılır. 

Bu növ kreditlər girov ilə, daşınar və daşınmaz əmlak, həmçinin digər pula çevrilə bilən girovun təminatı ilə verilir.

Banco.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir