Search
8044769fac57944c1f987dbf79b4a418_XL

Kasıblara kredit verən BOKT mənfəət əldə edib

“PSG Finans” Bank Olmayan Kredit Təşkilatı MMC 2015-ci ili 117 min manat xalis mənfəət ilə başa vurub.

MMC-nin 31 dekabr 2015-ci il tarixə mühasibat balansına istinadən xəbər verilir ki, ötən il faiz gəlirləri 448 min manat təşkil edib.

2015-ci ildə BOKT-ın müştərilərə verdiyi kreditlər 83% artaraq 960 min manatdan 1 milyon 756 min manata yüksəlib.

31 Dekabr 2015-ci il tarixinə “PSG Finans”ın cəmi aktivləri 3 milyon 579 min manat təşkil edib. Bu məbləğ, 2014-cü ilin sonu ilə müqayisədə 91% çoxdur.

Ötən ilin sonuna təşkilatın nizamnamə kapitalı 1,7 milyon manat təşkil edib. “PSG Finans” 2014-cü ilin sonunda 1 milyon manat nizamnamə kapitalına malik idi.

Keçən il MMC-nin öhdəlikləri 2 dəfə artaraq 841 min manatdan 1 milyon 729 min manata qalxıb.

Əsası 2013-cü ildə qoyulmuş “PSG Finans” Bank Olmayan Kredit təşkilatı Mərkəzi Bank tərəfindən ona verilmiş lisenziya əsasında fəaliyyət göstərməkdədir. Təşkilatın məqsədi az gəlirli şəxslər, məcburi köçkün və qaçqınlara, demobilizə olan və müharibədən zərər çəkən şəxslərə, sahibkarlara, fiziki və hüquqi şəxslərə, o cümlədən az təminatlı icmaların ümumi rifah halının yaxşılaşdırılmasına çalışan maliyyə instututlarına maliyyə xidmətləri göstərməkdir.

Click to enlarge image psg_finans.jpg



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir