Search
1375272259_bazar2

Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair Dövlət Proqramı qəbul ediləcək

Bazarlarda kənd təsərrüfatı kooperativlərinə ticarət yerlərinin verilməsi qaydası müəyyənləşdiriləcək

“Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2020-ci illər üçün Dövlət Proqramı” qəbul ediləcək.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016 cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanununun tətbiqi barədə” 18 iyul 2016-cı il tarixli fərmanında əksini tapıb.

Fərmana əsasən Nazirlər Kabinetinə “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2020-ci illər üçün Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb. Eyni zamanda Nazirlər Kabineti kənd təsərrüfatı məhsulları bazarlarında kənd təsərrüfatı kooperativlərinə ticarət yerlərinin verilməsi qaydası və  kənd təsərrüfatı kooperativlərinin nəzdində satış şəbəkələrinin təşkili və fəaliyyəti qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan prezidentinə məlumat verməlidir.

APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir