Search
photo_77639

Kəbənin bilinməyən sirrləri

Dam və qübbəsi olmayan, son dərəcə sadə bir şəkildə inşa edilmiş dünyanın ən köhnə inşası olan Kəbə bildiyiniz kimi kub şəklindədir.

Deyilənə görə, 200 kvadrat metrlik qiymətli ipək örtüyünün milyonlarla dollar dəyəri var. Kəbəni ilk gördükdən sonra edilən duanın qəbul olacağına dair isbatlanmış bir inanc var.

Müqəddəs kitabımız Quranı Kərimdə İbrahim və oğlu İsmayıl tərəfindən inşa edildiyi bildirilən İslam dininin ilk və ən müqəddəs məkanı Kəbənin (الكعبة المشرفة), əsasən mələklər tərəfindən Hz. Adəm və Hz. Həvva yaranmadan əvvəl mövcud olduğu deyilir. Kəbənin nə zaman və kimlər tərəfindən, hansı məqsədlə yaradılması tarixə tam məlum deyil. Mövcud halı 16 metr yüksəkliyindədir. Ətrafında Quranda 16 ayədə bəhs edilən Məscid-i Haram mövcuddur, 361 min kvadrat metr ərazini əhatə edir. Həcc əsnasında 6 milyon hacıya ev sahibliyi edir. Həcc İslamın 5 təməl şərtindən biridir.

Hər il müqəddəs Ramazan ayında Müqəddəs Kəbənin qapısı açılır, məscidin yuyulma mərasimi keçirilir. İlk öncə hərəmi yuyanlar Kəbənin içində iki rikət namaz qılır, daha sonra iç divarları gül suyu ilə qarışdrılmış zəmzəmlə yuyurlar. Yerlərə isə gül suyu qatılmış zəmzəm səpildikdən sonra, sadəcə xurma yarpaqları ilə süpürülür. Kəbənin divarları və tavanı ağ parça ilə qurudulur. Gül suyu yenə səpildikdən sonra müşk tüstüləri yandırılır.

Kəbəyə ilk örtü geydirən haqqında çox dəyişik rəvayətlər vardır: bunlardan doğruya ən yaxın olanı İbrahimin oğlu İsmayıldır. Bəzi rəvayətlərdə peyğəmbərimizin babalarından Adnan bəyin Kəbəni ilk örtən adam olduğu göstərilmişdir.

Kəbənin örtüsü üç hissədən meydana gəlməkdədir. Kəbənin xarici örtüyü, daxili örtüsü (astar) və qurşaq hissəsi. Bunların hamısı hazırda Məkkədə olan Kəbə örtüsü fabrikində toxunur. Kəbənin qapısı yerdən 2 m hündürlükdə şimal-şərq divarında yerləşir. Divarlar içəri üzdən yarıya qədər Quran ayələri ilə bəzədilmiş qranitdən, yarıdan yuxarı isə üzərində qızıl saplarla Quran ayələri işlənilmiş yaşıl parçadan ibarətdir.  Hər il Kəbənin örtüyü Zilhiccə ayının 9-u dəyişdirilir.

Kəbənin şimal-şərq divarıının eni 12,63 m, şimal-qərb divarının eni 11,03 m, cənub-qərb divarının eni 13,10 m, cənub-şərq divarının eni 11,22 m və hündürlüyü 13,10 m-dir. Müqəddəs tikilinin sahəsi 128,4 kv.m-dir. Kəbə binasının küncləri Yer kürəsinin qütblərinə — şimal, cənub, şərq ve qərb istiqamətlərinə istiqamətlənmişdir. Bu künclərin hər birinin öz xüsusi adı vardır. Kəbənin şərq küncündə Həcərul-əsvəd adlanan qara daş yerləşir. Şimal küncü İraq, qərb küncü Şam, cənub küncü isə Yəmən küncü adlanır.

EurasiaDiary



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir