Search
768072_486934

İqtisadçı alim Qubad İbadoğludan qorxulu 2 ay proqnozu

‘Sürətli və kompleks islahatlar başlmasa, bu dəyişikliklərdən ən çox əziyyət çəkən istehlakçılar və biznes olacaq”
İqtisadçı Qubad İbadoğlu ilin son iki ayının 5 əsas iqtisadi çətinliyi barədə “Facebook” səhifəsində öz fikirlərini paylaşıb.
Qubad İbadoğlunun qənaətincə, cari ilin son 2 ayında milli iqtisadiyyatda ciddi dəyişikliklər gözlənilir.
“Əgər ölkədə sürətli və kompleks islahatlar başlmasa, bu dəyişikliklərdən ən çox əziyyət çəkən istehlakçılar və biznes olacaq”,-deyə iqtisadçı qeyd edib.
O, hesab edir ki, yaxın 2 ayda qiymətlər daha sürətlə bahalaşacaq. Manatın məzənnəsinin ucuzlaşması, mövsümü amillərin fəallaşması və dövriyyədə pul bazasınin artması istehlak qiymətləri indeksini yüksəldəcək. Bu ilin oktyabrında ölkədə pul bazası 9,4 faiz artaraq 7,4 milyard manat olub. İkinci məqam, manatın məzənnəsi ucuzlaşmaqda davam edəcək. Çünki müşahidələr göstərir ki, Mərkəzi Bankın məzənnə siyasətindəki son dəyişiklik onun gerçək kursunun müəyyənləşməsinə hədəflənib. Bu siyasəti kifayət qədər vaxt itirəndən sonra gec də olsa məqbul hesab edən Mərkəzi Bankın hazırkı yanaşması indiki halda daha düzgündür. Manatın məzənnəsinin ucuzlaşmasına təsir göstərən amillərdən biri də ABŞ-da FED faizləri artırmaq ehtimalının getdikcə artmasıdır. Əgər bu gün gözlənilən qərar verilməzsə, onda dekabrın 13-14-də keçiriləcək növbəti və son iclasda bu qərar qaçılmazdır. Üçüncü, tədiyə balansının kəsiri bir az da artacaq. Noyabrın 30-da OPEC neft hasilatının müəyyən səviyyədə dondurulması məsələsində razılaşma əldə etməzsə neftin dünya bazar qiymətləri bir az da ucuzlaşacaq. Bu da ilin sonunda ölkənin əsas ixrac məhsulundən əldə edilən valyuta gəlirlərinin azalmasına gətirib çıxaracaq və tədiyə balansının cari hesablar planının kəsirinin artımını sürətləndirəcək. Noyabrın 2-də dünya bazarında 1 barel Brend markalı neftin qiyməti 47,7 dollar olub”.
İqtisadçı dövlət büdcəsininin defisitinin sürətlə çoxalacağını da bildirib: “Son 2 ayda dövlət büdcəsinin xərcləmələrinin artması onun kəsirini çoxalmasını şərtləndirəcək. Bu ilin 9 ayında dövlət büdcəsinin 519,1 mln. manat məbləğində kəsiri (defisit) yaranıb. Həmin dövrdə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 12,5 faiz az icra olunub. Nəhayət, Mərkəzi Bankın valyuta ehtiyatarı daha da azalacaq. Bu ilin son aylarında dövlətin, şirkətlərin, bankları xarici valyuta ilə borc öhdəlikləriin artımı dollara tələbatın çoxalmasını şərtləndirəcək. Hətta Dövlət Neft Fondunun müdaxiləsi davam etsə də belə Mərkəzi Bankın valyuta ehtiyatarı çoxdan qorunan qırmızı xətti keçərək 4 milyard dollardan da aşağı düşəcək. Oktyabr ayının 30-a Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 5,5 mln. ABŞ dolları təşkil edib”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir