Search
52606

İpotekada “Zamin Bank” liderliyi “AGBank”ın əlindən aldı

31 Mart 2016-cı il tarixinə olan məlumata görə, indiyədək verilmiş ipoteka kreditlərinin sayı 17993 ədəd çatıb.

Azərbaycan İpoteka Fondunun saytında verilən məlumata görə, ən çox aktiv ipoteka krediti “Zamin Bank” ASC-dədir: 1590 ədəd (MKT-lər tərəfindən xidmət göstərilən yenidən maliyyələşdirilmiş aktiv kreditlərin sayı)

İndiyədək, aktiv kreditlərin sayı üzrə banklar siyahısına “AgBank”  liderlik edirdi. 31.03.2016-cı il tarixinə olan məlumata görə,  “AgBank”   1439 ədəd ilə ikinci yerdədir. Növbəti yerləri “Xalq Bank” (1270 ədəd), “DəmirBank” (1254), “Bank Standard” (11186), “Muğan Bank” (1113), “UniBank” (1091), “NikoilBank” (1077 ədəd) və s. tutur. Digər bankların aktiv ipoteka kreditlərinin sayı 1000 ədəddən azdır.

İPOTEKA KREDİTİNİ MAAŞI 500 MANATDAN ÇOX OLANLAR ALIR

Fondun məlumatına əsasən, borcalanların 37,8%-nin gəliri 1100 manatdan çox olub. 900-1100 manat qazananlar 15,6%, 700-900 manat aylıq gəliri olanlar isə 20,6% paya malikdir. Başqa sözlə, ipoteka kreditlərin in 91%-ni aylıq gəliri 500 manatdan çox olanlar alır. 500-700 manat gəliri olanların payı 17,1%, 300-500 manat qazananlar 6,7%-dir. İpoteka kreditlərinin 2,2%-ni isə qazancı 300 manatdan az olub.

Borcalanlarının aylıq gəlirlərinə görə pay bölgüsü, manat (31.03.2016)

 2,2%   <300
 6,7%  300-500
 17,1%  500-700
 20,6%  700-900`
 15,6%  900-1100
 37,8%   >1100

MKT-lər tərəfindən xidmət göstərilən yenidən maliyyələşdirilmiş aktiv kreditlərin sayı

Click to enlarge image ipotekabanklarr.jpg
Mənbə: APA



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir