Search
6c4ffa1299107ff679df126934afdf00_XL

İpoteka ilə ev aldıqda qənaət edə bilərsiniz

Yerli inşaat və daşınmaz əmlak bazarında tanınmış Bakıxanov Rezidens Komplekslər Qrupu mənzil alanlara “Qənaətli ipoteka”dan yararlanıb xərclərini azaltmağı təklif edir.

Belə ki, ilkin ödəniş 20% edildiyi halda, alıcını mənzil sahəsinin hər kvadrat metrinin qiymətində 40 manat, 25% edildikdə – 50 manat, 30% edildikdə isə – 70 manat endirim gözləyir.

İlk baxışdan adi endirim kimi görsənməsinə baxmayaraq, bu təklifin uzaq perspektivdə daha çox qənaət etmək imkanı yaradır. Misal üçün, sahəsi 100 kvadrat metr, hər kvadrat metrin qiyməti isə 1100 manat olan mənzili 20-illik ipoteka vasitəsilə aldıqda yaranan qənaətə nəzər yetirək. Hesablamalar göstərir ki, ilkin ödəniş 20% olduqda, nəzərdə tutulan endirim sayəsində ipoteka müddəti ərzində alıcı ödəniləcək tam məbləğdə 8.244 AZN, 25% olduqda – 9.972 AZN, 30% olduqda isə 13.498 AZN qənaət etmiş olur.

Qeyd edək ki, Bakıxanov Rezidens Komplekslər Qrupu hal-hazırda Bakıxanov Rezidens 2 və 3, həmçinin Ramana Rezidens yaşayış komplekslərinin inşasını həyata keçirir. Bu ayın əvvəlində isə Bakıxanov qəsəbəsinin mərkəzində çoxmərtəbəli, möhtəşəm Brilliance Residence layihəsinin təməl daşı qoyulub.

Əlaqə:

Tel: 050 292 11 11

www.rezidens.az 

https://www.facebook.com/XXIESR

Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir