Search
Fitc

İpoteka Fondunun reytinqi aşağı salınıb

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan İpoteka Fondunun (AİF) milli və xarici valyutada uzunmüddətli kredit reytinqini “BBB-“dan “BB+”a endirib.  Agentlik Fondun kredit reytinqi üzrə proqnozu isə “neqativ” olaraq təsdiq edib. “Fitch” AİF-in kredit reytinqini Azərbaycanın suveren reytinqinə uyğun təyin etdiyini bildirib.

Xatırladaq ki, fevralın 26-da “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren reytinqini “BBB-“dən “BB+”a azaldıb, proqnozu isə “neqativ”ə dəyişib. Agentlik AİF-in kredit reytinqində gələcəkdə hər hansı bir dəyişikliyi Azərbaycanın suveren reytinqində mümkün dəyişikliklərdən asılı olduğunu vurğulayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir