StockGraph

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avropa Birliyi ilə Böyük Britaniya arasında sonuncu siyasi hadisələrdən sonra Avropa Mərkəzi Bankının gələcək siyasi mövqeyi ilə bağlı açıqlamasının ləngiməsi avronun qiymətlərində üfuqi dalğalanmalara səbəb olub. InvestAZ analitiklərinin fikrincə, Avropada mühüm fundamental açıqlamalar fonunda 1.10$ ətrafında ticarət edilən avronun qiyməti yenidən 1.12$ və 1.13$-a kimi bahalaşa bilər.

GBP

Böyük Britaniyanın Avropa Birliyindən ayrılması nəticəsində iqtisadiyyatının zəifləməsinin qarşısını almaq üçün Mərkəzi Bank sədri əlavə tədbirlər görəcəklərini açıqlayıb. Beləliklə, artıq 1.28$-a kimi ucuzlaşan funt sterlinqin yeni iqtisadi dəstək tədbirləri nəticəsində yenidən bahalaşa biləcəyi gözlənilir. Analitiklərin fikrincə, GBP/USD cütlüyü yaxın günlərdə 1.28$ üzərində möhkəmlənməyə davam edərsə, 1.33$ və 1.36$-a kimi bahalaşa bilər.

TRY

Dünya iqtisadiyyatında risklərin artması nəticəsində ABŞ Federal Ehtiyat Sisteminin sərt pul kredit siyasətində gözləmə mövqeyi dolların dünya birjalarında qiymətinin üfuqi hərəkətinə səbəb olub. Dollar/Lirə cütlüyü də son iki həftədir bahalaşmaqda çətinlik çəkir. Lakin InvestAZ analitiklərinin fikrincə, cütlük üzrə qiymət 2.84 lirə üzərində ticarət edildikcə, 3.05 lirəyə kimi bahalaşa bilər.

OIL

Eneriji bazarlarında də neft qiymətlərinin üfuqi hərəkəti müşahidə edilir. Belə ki, iyun ayının əvvəllərinə kimi 53$ kimi bahalaşan Brent dünya iqtisadiyyatında qeyri-müəyyənliklər fonunda son bir ay ərzində 53 və 46$ aralığında ticarət olunması ilə seçilib. Lakin analitiklər qiymətin yenidən bahalaşa biləcəyini proqnozlaşdırırlar və bildirirlər ki, cari vəziyyətə uyğun olaraq, eniş trendi müvəqqəti xarakter daşıyır.

GOLD

Dünya qızıl bazarlarında isə qızılın bir unsiya qiyməti keçən həftə ərzində artıq 1375$-a kimi bahalaşıb. Lakin sürətli bahalaşmanı nəzərə alaraq, yaxın günlər ərzində burada qiymətin qismən ucuzlaşmasının şahidi ola bilərik. Belə ki, qızılın bir unsiya qiyməti 1375$-ın altında qalarsa, 1326$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Trend




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir