Search
252704_487919

İlk özünəxidmət avtomobil diaqnostika köşkü fəaliyyətə başlamışdır

Azərbaycanın gənc startup-ı “CarDoctor” “SOCAR PETROLEUM” QSC ilə əməkdaşlıq çərçivəsində yeni inovativ məhsul təqdim etmişdir. Bakıda yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsində “CarDoctor-Selfservice” ilk özünəxidmət avtomobil diaqnostika köşkü fəaliyyətə başlamışdır. İlk köşk Bakı-aeroport yolu istiqamətində yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 02 saylı yanacaqdoldurma məntəqəsində istifadəyə verilmişdir, gələcəkdə SOCAR-ın digər yanacaqdoldurma məntəqələrində də quraşdırılması planlaşdırılır. Universal avtodiaqnostika cihazı 400 modeldən çox minik və yük avtomobilləri üçün nəzərdə tutulmuşdur. Köşk hazırda nağd pul qəbul edir, lakin gələcəkdə kontaktsız bank kartları və mobil telefonlar üzərindən də ödəniş etmək mümkün olacaqdır. Eyni zamanda, nəqliyyat vasitələrinin texniki pasportlarının skaneri ilə də təchiz olunacaq bu köşklər vasitəsilə avtomobillərdə ortaya çıxan texniki nasazlıqlar yerindəcə sürücülərə təqdim olunacaqdır. Belə ki, texniki nasazlıqlar haqqında məlumat dərhal aşkar edilir, silinir və çap olunaraq avtomobil sahibinə çatdırılır. Bununla da avtodiaqnostika terminalı avtomobil sahibinə müstəqil olaraq öz nəqliyyat vasitəsini ilkin müayinə etmək imkanı yaradır. Diaqnostika üçün xidmət haqqı 10 manat müəyyən edilmişdir. Lakin bu ilin sonuna qədər xidmətlərə 50 faizlik endirim edilib. Bu, ilk dəfə Azərbaycanda tətbiq olunub. Terminal artıq Rusiya, Ukrayna, Gürcüstan, BƏƏ və Almaniyadan olan iş adamlarının marağına səbəb olmuşdur. Avtodiaqnostika terminalının texniki xarakteristikaları, istifadə qaydaları və digər əlavə məlumatları www.cardoctor.az internet səhifəsindən əldə etmək mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir