Search
1462864106_1

İki dövlət bank sektorunda mövcud olan problemləri həll edəcək

Tehranda səfərdə olan Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının həmsədri Mahmud Vaezi ilə görüşüb.

Görüşdə M. Vaezi bildirib ki, bank sektorunda əlaqələrin genişləndirilməsi ikitərəfli iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
“Hər iki ölkənin bankları həm dövlət, həm də özəl sektora güzəştə getməlidir ki, bu da öz növbəsində ticarət dövriyyəsinin artmasına səbəb olacaq”, – deyə M. Vaezi qeyd edib.

E. Rüstəmov isə deyib ki, İran və Azərbaycan arasında bank sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə müvafiq komitə yaradılıb. “Komitənin həmsədrləri hər iki ölkənin Mərkəzi Bank sədrlərinin müavinləridir. Bu komitə iki ölkə arasında bank sahəsindəki əməkdaşlıqda mövcud olan problemləri həll etməyi öhdəliyinə götürüb. Komitə həmçinin broker əlaqələri və yeni bank filiallarının yaradılması, habelə digər xidmətlərin inkişaf etdirilməsini asanlaşdırmağa çalışacaq”.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir