Search
ipoteka-1

İki aydır ki, ipoteka krediti heç kimə verilmir

«Azərbaycan İpoteka Fondu» ASC 2016-ci ilin iyul ayının yekunu üzrə göstəricilərini açıqlayıb. İyun ayında olduğu kimi, iyul ayında da ipoteka kreditləşməsi tamamilə tamamilə dayanıb.

Nəticədə avqust ayının 1-ə ölkədə verilən ümumi məbləği 730 802,4 min manat olan 17 997 ipoteka krediti verilib. İlin əvvəlində isə ipoteka kreditlərinin sayı 17 925, ümumi məbləği isə 729 737,5 min manat idi. Başqa sözlə, ilk yarım ildə ölkədə cəmi 72 ipoteka krediti verilib. Ümumilikdə bu il ərzində ipoteka kreditlərinin sayı kəskin azalıb. Belə ki, may ayında ümumi məbləği 100 min manat olan 2 ipoteka krediti, apreldə isə ümumi məbləği 93 min manat olan iki ipoteka krediti verilib. Müqayisə üçün bildirək ki, ötən il iki devalvasiyaya baxmayaraq, ümumi məbləği 97 274 min manat olan 2146 ipoteka krediti verilmişdi. 2014-cü ildə isə 99 927,7 min manat məbləğində 2 275 ipoteka krediti verilib.

Fins.az

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir