Search
b0ecff16-6e75-4041-8cdc-029b142e5108

İdeya Bankı yeni müsabiqə elan edir

“ASAN Wi-Fi” sisteminin təkmilləşdirilməsi ilə bağlı maraqlı bir ideya düşün, İdeya Bankına (www.ideyabanki.com ; www.ideya.az ) göndər və qalib ol.

Göndərilən ideya üzrə tələblər:

–         Ziyarətçiləri wifi-dan istifadəyə cəlb etməlidir.

–         Ziyarətçiləri reklamın kontentini diqqətlə izləməyə sövq etməlidir.

–         Şirkətləri məhz ASAN Wi-Fi vasitəsilə reklam yerləşdirməyə həvəsləndirməlidir.

–        ASAN Wi-Fi şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üçün ictimai obyektləri əməkdaşlığa təşviq etməlidir.

İdeyaların qəbulu mərhələsi 30 dekabr 2016-cı il tarixinə kimi davam edəcəkdir. Müsabiqənin müddəti göndərilən ideyaların keyfiyyətindən asılı olaraq uzadıla bilər.

Ən yaxşı ideya sahibinə 1000 AZN mükafat veriləcəkdir.

Diqqət: İdeya əsaslandırılmalı və izahedici olmalıdır. İdeya lazımı qədər əhatəli, lakin eyni zamanda, mümkün qədər qısa və konkret şəkildə izah edilməlidir.

Qeyd edək ki, “ASAN Wi-Fi” sistemi ölkə ərazisində, xüsusi ilə ictimai yerlərdə əhalinin ödənişsiz olaraq internetdən istifadə imkanlarının təmin edilməsi məqsədilə yaradılmışdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir