Search
696431_484538

Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmiryolu çəkiləcək

“Bakı Dəmir Yolu Vağzalından Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmir yolu xəttinin çəkilməsi layihəsi üzərində iş gedir”.
Bunu  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov açıqlamasında bildirib.
“Bu layihənin işlənib-hazırlanması ilə bağlı tapşırıq verilib. Hazırda layihə üzərində iş gedir”, – deyə o, əlavə edib.
Xatırladaq ki, Bakı Dəmiryolu Vağzalı ilə aeroportu birləşdirəcək dəmir yolu xəttinin uzunluğunun 25 km olması nəzərdə tutulub. İlkin plana əsasən, elektrik qatarları yeni marşrut üzrə Bakı Metropoliteninin “Koroğlu” stansiyası ərazisindəki stansiya vasitəsilə Binə qəsəbəsi istiqamətində hava limanına qədər hərəkət edəcək.
Report



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir