Search
91eb17935c21dc67f53fc8a079044da2

Gəncədə gənclər üçün treninq keçirilib

Oktyabrın 18-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhər 2 saylı peşə liseyində gənclər üçün treninq keçirilib.

“Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “Biznes planların hazırlanması” mövzularında keçirilən treninqdə gənclərə biznes-ideyanın yaradılması və reallaşdırılması, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, tədbir iştirakçıları İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə geniş məlumatlandırılıblar.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir