Search
c

Fotoqrafların nəzərinə! – YENİLƏNİB

A“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı “Azərbaycan” ölkəmizə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması” layihəsi çərçivəsində foto müsabiqə həyata keçirilir. Layihənin məqsədi Azərbaycana gələn turistlərdə ölkə haqqında tam, dolğun fikir formalaşdırmaqdan, Azərbaycan turizminin inkişafına dəstək verməkdən, Azərbaycana turist axınına yardım etməkdən, ölkənin ekologiyasını, mədəniyyətini, bütün mənəvi dəyərlərini dünyaya lazımınca tanıtmaqdan ötrü qədim və müasir ən yaxşı memarlıq abidələrinin, incəsənətinin, mədəniyyətinin, təbiətinin gözəl guşələrinin, yeni səhiyyə və turizm obyektlərinin fotoşəkillərini kataloq halına salıb dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.            b

Birlik Foto müsabiqədə iştirak etmək istəyən fotoqraflara işin məğzi barəsində tapşırıqların verilməsi üçün Azərbaycan  Fotoqraflar Birliyinin təşkilatı dəstəyi ilə 29 may 2016-cı il tarixində saat 12:00-da Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosasiyasının təlim və konfrans zalında bir günlük təlim təşkil olunacaq.  (Ünvan: Səbail rayonu, İstiqlaliyyət prospekti 57, İçərişəhər metrosu, İqtisadiyyat Universiteti ilə üzbəüz, Bir Cənub Şəhərində gül salonunun üstü)

Müsabiqədə iştirak etmək istəyənlər 29 may 2016-cı il tarixədək (051) 291-72-25, (055) 212 47 19 telefon nömrələrinə zəng edə və ya dtid@rambler.ru elektron ünvanına eləcədə Facebook: “Dtid İctimai Birlik” səhifəmizə müraciət edə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir